Azərbaycan Respublikasının nümayəndə heyəti Dərbənddə

 İyunun 8-də Dərbənd şəhərinə Azərbaycan Respublikası nümayəndə heyəti gəldi: Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyinin Cinayət istintaq idarəsinin rəisi Arzu Daşdəmirov və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri.

 Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin nazir müavini Rüfət İsmayılov, “Dərbənd rayonu” başçı vəzifəsini icra edən Fuad Şıxıyev, Dərbənd Rayonu polis şöbəsinin  rəisi Mirbaba Seidov, Dərbənd Rayonu  İcra Hakimiyyəti başçısının müavini Elman Rəcəbəliyev və digər rəsmi şəxslər qonaqları qarşılamışlar.

Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi  iki dövlətin sərhədini keçib vətənlərinə dönməli olan 120 nəfərdən ibarət Azərbaycan vətəndaşlarının birgə görüşü və siyahılarının dəqiqləşdirilməsidir.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *