Rusiyada vətəndaşların xaricə getməsi və əcnəbilərin ölkəyə gəlməsinə dair bir sıra məhdudiyyətlər aradan götürülür

Rusiyanın Baş Naziri Mixail Mişustin ölkə vətəndaşlarının xaricə getməsi və əcnəbilərin Rusiyaya gəlməsinə dair bir sıra məhdudiyyətlərin aradan götürülməsi barədə Sərəncam imzalayıb.

Rusiya Hökuməti yanında Koronavirus ilə Mübarizəyə dair Əlaqələndirmə Şurasının iclasında Baş Nazir bildirib ki, Sərəncama əsasən, rusiyalılar digər dövlətlərdə yaşayan qohumlarına baş çəkmək, iş və ya təhsillə əlaqədar, eləcə də müalicə almaq üçün xaricə gedə biləcəklər. Bundan əlavə, əcnəbilərə də müalicə, yaxud xəstə qohumlarına qulluq etmək üçün Rusiyaya gəlməyə icazə verilir.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *