Ə.S. ƏLƏKPƏROV- 70 DƏRBƏNDİN NUR SAÇAN FƏDAKAR OĞLU

                                                  ( OÇERK )

Uca və şərəfli Peyğəmbərimiz Məhəmməd (S) bütün insanları Vahid Allahın  hakimiyyəti altında birləşməyə çağırmışdır. Onun vəsiyyətinə sadiq qalan müsəlmanlar bu hökmü dayim əldə bayraq tutmuşlar.

Məhz Tanrı xeyirxah əməlləri ilə və sevinc  bəxş edən insanları həmişə sevir. Gördükləri dəyərli  işlərini bəyənir. Onlar sadə, zəhmətkeş, halal zəhməti ilə çörək qazandıqları kimi hər işdə birlikdə olmağı yüksək tuturlar. Onların ömrünü talelərə düşən işığa bənzədirlər. Elə bu yazımızda da belə müdrik adamlardan  biri olan Əlisərdar   Ələkpərovdan söhbət açmaq istəyirik.

Ə. Ələkpərov qədim ozanlarımızın, aşıqlarımızın qopuzu, sazı dil açmış, təbiətin ecazkar mənzərəsi, saf məhəbbət, düz ilqar, dostluq, qəhrəmanlıq vəsf olunmuş  Ulu Dərbənd  şəhərində 1950-ci il iyulun 20-də, həyatdakı işləri, izləri bu gün də xatirələrdə yaşayan Seyfulla kişinin ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Jdanov adına kolxozda başlamış, sonra isə konserv kombinatında davam etmişdir. Sovet ordusu sıralarında Baltik hərbi -Dəniz Donanmasında xidmət edib. Nümunəvi xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. Ordudan tərxis   olunandan sonra doğma müəssisədə işinə qayıtmış, 1975-ci ildə mexanika texnikumunu bitirdikdən sonra isə əsas istehsalat sexində mexanik vəzifəsində çalışmışdır. 1973- 1976-cı illərdə kombinatın komsomol komitəsinin  katibi, 1974-cü ildən -1978-ci ilə qədər ÜİLKGİ MK-nın büro üzvü seçilib. Sov.İKP üzvlüyünə qəbul edilib. 1976- cı ildə kombinat həmkarlar İttifaqı Komitəsinin sədri,1983- cü ildə kombinat partiya Komitəsinin katibi vəzifələrində işləyib. Həmin illər ərzində 1500-dən çox fəhləsi olan konserv kombinatı Ümumittifaq sosializm yarışında  birinji yeri tutmuş, Sov.İKP MK-nın. SSRİ Nazirlər Sovetinin,   ÜİLKGİ  MK —  nin keçici qırmızı bayrağına, RSFSR  Yeyinti  Sənaye Nazirliyinin, Sov.İKP MK -nın, DR Yeyinti  Sənayesi  həmkarlar İttifaqının ÜİLKGİ MK -nin fəxri fərmanlarına, ÜİLKGİ MK-nin  gümüş nişanına və digər mükafatlara layiq  görülmüşdür.

Öz üzərində inadla çalışan Əlisərdar Ələkpərov həmin illərdə istehsalatdan ayrılmadan ali təhsil də almış, 1986-ci ildə əvvəljə Dərbənd  şəhər ticarət müəssisəsinin, 1987-ci ildə şəhər yaşıllaşdırma idarəsinin direktoru, 1988- ci ildən 2003-cü ilə qədər Mərkəzi əmanət bankının  Dərbənd  şəhər şöbəsinin müdiri vəzifələrində  çalışmış, 2004-cü ilin yanvarından isə Dərbənd şəhər bələdiyyə qurumunun əmlak komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Sonrakı illərdə Dərbənd rayon əhalinin sosial  təminatı kompleks mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1972-ci ildən dəfələrlə Şəhər  Sovetinin deputatı, 2003-cü ildə isə şəhər Məclisi sədrinin müavini, eyni zamanda Dərbənd şəhər  bələdiyyə qurumunun Nizamnaməsinin layihəsinin hazırlanması üzrə deputat komissiyasının sədri seçilmişdir. 1996-cı ildən  2005-ci ilə qədər DR Konstitusiya Məclisinin üzvü kimi fəaliyyət göstərmişdir.

2002-ci ildə Dağıstan- Azərbayjan regional cəmiyyəti başçısının müavini seçilmişdir. 1996-cı ildə o, “Dağıstan Respublikasının əməkdar iqtisadçısı” fəxri adına layiq görülmüşdür. 2005-ci ildə isə çoxillik faydalı əməyi yüksək qiymətləndirilmiş, DR  Dövlət Şurasının fəxri fərmanı ilə təltif olunmuşdur.

Məsəl var deyərlər: həyatı nejə başlasan ,eləcə də davam edəcək. Əlisərdar Ələkpərov ömrü boyu tutduğu yoldan dönməyən, öz əqidəsinə sadiq qalan zəhmətkeş insandır. Müasirləri onu heç kəsin qabağında əyilməyən, sözü üzə şax deyən, cəsarətli şəxsiyyət kimi də tanıyırlar. Təsadüfi deyildir ki, həmkarları onun bu keyfiyyətini layiqincə qiymətləndirir, ona “ prinsipal işçi ” gözü ilə baxırlar.

Ə.Ələkpərov işlədiyi bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Bunu şəhər  və rayon rəhbərləri də, camaat da həmişə razılıq hissi ilə qeyd edir. Dərbənd şəhərinin sosial- iqtisadi inkişafında, çiçəklənməsində, şəhər sakinlərinin arzu və istəklərinin həyata keçirilməsində  onun böyük xidmətləri olmuşdur.

Əlisərdar müəllim işgüzar insandır, zəngin iqtisadi biliyə malikdir. Onun üçün vəzifənin böyüyü, kiçiyi yoxdur. Hansı işi tapşırsalar, hansı vəzifəni etibar etsələr, canla- başla çalışır, etimadı doğrultmağa  səy göstərir. İnsanları sevmək, qayğı göstərmək, qurub- yaratmaq onun həyat amalıdır. Ümumiyyətlə Əlisərdar Ələkpərov həmişə işgüzarlığına, təşkilatçılıq qabiliyyətinə və prinsipallığına görə fərqlənmişdir. Onun fəaliyyəti həmişə layiqincə qiymətləndirilmişdir.

Bir dəfə vaxtilə Dərbənd şəhər bələdiyyə qurumunun əmlak komitəsinə getmişdik.  Ağsaçlı bir ana pilləkənlərlə aşağı düşə-düşə deyirdi: -Allah  sənin kimi adamları bu şəhərdən əskik etməsin. Ömrün  uzun  olsun, ay  Əlisərdar  oğlum!

Öyrəndik ki, ağbirçək qadın yerli məmurlardan  narazı  düşüb, burada əmlak komitəsi sədrinin müavini Əlisərdar  Ələkpərov  onu qəbul edib. Belə adamlar onlarcadır. Əlisərdar  müəllimə pənah gətirənlər naümid  geri qayıtmırlar. O, vətəndaşların  əmlak məsələləri ilə bağlı müraciətlərini vaxtında yoluna qoymuşdur.

Ə.Ələkpərov harada, hansı işdə çalışırsa -çalışsın, ideyasından, əqidəsindən dönməyib, ürəyinin səsinə qulaq asıb. İnsanlara yaxşılıq, xeyirxahlıq etmək, məsləhətçi olmaq onun ülvi duyğuları olub. İşgüzarlığı, nizam- intizamlığı, başlıcası isə insanlara qarşı xeyirxah mövqedə durması onu hamıya sevdirmişdir. Hər gün kiməsə bir yaxşılıq etməyi bacarmağı, savab iş sayan Əlisərdar müəllim, sözün bu yerində əsl Allah adamıdır, xalqın mənəvi dayağıdır.

Rusiyada nüfuzlu “Veteran”  qəzetində (№46 dekabr 2014-ci il )  jurnalist Hacı Nəcəfovun məqaləsində oxuyuruq:- Əlisərdar Ələkpərov   Dərbənd rayon Əhalinin  Sosial  Təminatı   Kompleks mərkəzinin  direktorudur,  Dağıstan Respublikasının əməkdar iqtisadçısıdır. Dərbənd  rayonunun Məmmədqala qəsəbəsində yaşayan birinci qrup əlil, əmək veteranı Ayşat Məhəmmədova  Ə. Ələkpərova  qəzet vasitəsilə təşəkkürünü  çatdırmağı xahiş edir. Çünki, o,    sağlamlığına görə hərəkət edə bilmədiyinə və  şəkər  xəstəliyindən əziyyət çəkdiyinə görə  məhz, Ə. Ələkpərovun  qayğısı və diqqəti sayəsində  sosial xidmət işçiləri ona kömək etmişlər.

Ayşat Məhəmmədova    Ə. Ələkpərovu  görməsə də  ona daim  dualar edir, cansağlığı və səadət arzulayır.

Həqiqətən də  Əlisərdar müəllim çox həssas, insanların problemlərinə qayğı ilə yanaşan, həddən artıq vətənpərvər bir insandır. Hər bir işin görülməsi və layiqincə başa çatdırılması üçün əlindən gələni əsirgəmir. Onunla işləmək asan, maraqlı və fərəhlidir. O,  bütün mənalı həyatını insanların  marağına həsr etmişdir. Bu adam özü düz, intizamlı, xeyirxah olduğu üçün şəhər əhalisindən və onun rəhbərliyindən də işində düz və tələbkar olmağı həmişə tələb eləyir.

Yaxşı yadımızdadır, Ə. Ələkpərov şəhər ticarət müəssisəsinin rəhbəri olarkən, bir dəfə şəhər sakinlərindən   bir nəfər kasıbın ehtiyacla əlaqədar şikayətini dinlədi. O, o dəqiqə  bu adama qənd, çay, sabun və s. ərzaq verilməsini işçilərdən birinə tapşırdı.

Əlisərdar müəllim təkcə vəzifəsinə görə yox, həm də zəhmətkeşlərin, ziyalıların qayğısına, dövlət işlərində vəzifəsini vicdanla yerinə yetirdiyinə, ədalətliliyinə, insan kimi sadəliyinə və qayğıkeşliyinə, saflığına görə şəhərdə böyük hörmət qazanmışdır.

O, camaata məhəbbət hisslərini oyadan insan kimi həm də sağlam, mehriban ailə başçısıdır. Övladlarını  ağıllı, intizamlı böyütmüşdür.

Əlisərdar müəllim hələ gənc yaşlarından idmanı da sevən olmuşdur. Güləş növü üzrə dəfələrlə  Dağıstan Respublikasının yarışlarında qalib çıxmış,  müxtəlif mükafatlara layiq görülmüşdür. O, bu gün də mütəmadi olaraq sevdiyi idman növləri ilə məşğul olur.

Ə.Ələkpərov beynəlmiləlçi, vətənpərvər eloğlumuz kimi də tanınır. O, 1994-ci ildə Dərbənddə milliqarşı durmanın aradan qaldırılmasında, Dağıstanın   Sumada, Botlix və  Novalak  rayonlarına quldur dəstələrinin basqını zamanı fədakarlıq göstərmişdir. Onun təşəbbüsü ilə həmin rayonlara humanitar yardımlar göndərilmişdir.

Əlisərdar  Ələkpərov xalqlar arasında dostluğun və qardaşlığın da tərənnümçüsüdür. O, hətta qardaş Azərbaycan Respublikasında keçirilən bir çox görkəmli tədbirlərdə fəal iştirak edir. Dünya Azərbaycanlılarının bir neçə qurultayına nümayəndə seçilib. Azərbaycan xalqının sədaqətinə, onun tarixinə, torpağına sevgi ilə yanaşır. Onun əmək və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. Bir çox mükafatların və fəxri fərmanların sahibidir. O, bu günlərdə 70-illik yubileyi ərəfəsində Beynəlxalq “Gülüstan” Ədəbiyyatçılar İttifaqının “ Dostluq- Drucba” fəxri diplomuna da  layiq görülmüşdür.

Bütün bu faktlar  Əlisərdar Ələkpərovun həyat yolundakı uğurlarını aydın göstərir. O, böyük ictimai fəaliyyəti ilə  sübut edir ki, bir ömürdə bir neçə ömür yaşamağa insanın gücu və qüvvəsi çata bilər. Çünki, günəş həmişə səmada yanır, o tükənmir.

Qoy həyat yolunuz tükənməsin Əlisərdar müəllim! Sizi 70-illik yubileyinizi səmimi qəlbdən təbrik edirik, Sizə  səbir,  mətanət  və uğurlar   arzulayırıq!

                                                   ƏLİSƏRDAR

                               Bu doğma şəhərin, Ulu Dərbəndin,

                               Torpağısan, daşısan, Əlisərdar!

                               Durmusan keşiyində hər bəndimin,

                                 Müdrik çağın yaşısan Əlisərdar!

                                 Dərbənd  vüqarı var əzəmətində,

                                 El-oba yerləşib məhəbbətində,

                                 Talenin yazdığı bu qismətində,

                                 Uca dağın başısan Əlisərdar!

                                 Tahirin qəlbində o  illər qalıb,

                                 Gənclik zamanından gör nələr qalıb?

                                 Nə olar qayıdıb, xəyala dalıb?

                                 Həmin dövrü yaşasan Əlisərdar!

                                                                                        Tahir Saleh,

Beynəlxalq « Gülüstan» Ədəbiyyatçılar İttifaqının prezidenti, Əməkdar xadim, «Qızıl qartal» mükafatçısı.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *