Dağıstanın mətbuat naziri «Dərbənd» qəzetinin jurnalistlərilə görüşmüşdür

Dağıstan Respublikası kütləvi rabitə, əlaqə və məlumatlandırma naziri Serqey Sneqiryov nazirliyin digər əməkdaşları ilə birgə avqustun 15-də Dərbənd şəhərində bu il 100 illik yubileyini qeyd edən ,azərbaycan dilində çıxan yeganə Respublika qəzetinin redaksiyasını ziyarət etmişlər. Redaksiyanın kollektivi ilə ənənəvi şəkildə tanışlıq çərçivəsində keçən görüş zamanı qəzetin prioritetləşdirilməsi və dölət siyasətinin informasiya sahəsində perspektiv aspektləri təyin olunmuşdur.

Qeyd etmək lazımdır ki, milli qəzetlərin bu gün xalqın adət -ənənəsini qoruyub saxlamaqda rolu çox böyükdür. Bundan əlavə praktik olaraq bütün kütləvi informasiya vasitələri elektron məkanlara inteqrasiya edərək şəbəkə seqmentində də işləyir. Bütövlükdə bu gün şəbəkə məlumat istiqaməti respublika əhalisinin 90% əhatə edir.

Söhbət əsnasında qəzetə aid bir çox məsələlərə də toxunuldu,xüsusən də, qəzetin kiril əlifbasından latın qrafikasına keçməsi barədə müzakirə zamanı Nazir bu məsələdə qəzetə yardımçı olacağına söz verdi.Redaksiyanın kollektivi Sergey Snegiryova onlara nazirlik tərəfindən göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.