İclas keçirilmişdir

Avqust ayının 14-də Dərbənd rayon bələdiyyə idarəsinin nəzdində yerləşən kiçik zalında videokonferensiya rejimində iclas keçirilmişdir.İclas Dağıstan Respublikasının baş nazirinin müavini, DR elm və təhsil naziri Ummupazil Omarovanın rəhbərliyi ilə aparılmışdır .Videokonferensiya formasında aparılan iclasda Dərbənd rayon başçısının müavini İkram Bebetov,təhsil şöbəsinin rəis əvəzi Zarema Əliyeva,iqtisadiyyat idarəsinin rəisi Faxrutdin Zaqirov və onun müavini Mariyana Urquyeva, bələdiyyə satınalmaları şöbəsinin rəisi Diana Uluqayeva, təhsil şöbəsinin baş mütəxəssisi Denis Rusikov iştirak etmişlər.İclasda 2020-2021-ci tədris ilinə hazırlıq məsələləri müzakirə olunmuş və 2020-ci ildə DR ərazisində bələdiyyələrin təhsil haqqında təşəbbüs layihələrinin həlli baxımından (“100 məktəb” layihəsi )çərçivəsi daxilində təhsil müəssisələrinin şəraitinin yaxşılaşdırılmasına yönəldilən təhsilə xidmət tədbirlər planın reallaşdırılması məqsədilə yerlərdə bələdiyyələrə rəqabətli seçim imkanı yaradılmışdır.(“100” məktəb layihəsi).

2020-ci ildə Dərbənd rayonu ərazisindən 4 məktəbdə əsaslı təmir işləri aparılması üçün ərizə ilə DR İqtisadiyyat və Ərazi İnkişaf Nazirliyinin ünvanına müraciət daxil olunmuşdur.

Auksion elan olunaraq ərizələrin qəbuluna başlanmışdır. Bu gün 85 tədris müəssiəsindən 38-inin müsbət rəyi var.