Dərbəndin VIII əsrə aid olan məscid bərpa edilir

Dərbənd şəhərində VIII əsrdə tikilən Cümə məscidində bərpa işləri aparılır.  İşlərin sona çatması 2020-ci ilin sonunda gözlənilir.

Dağıstan Regional «İrs» ictimai təşkilatının sədri Seyidağalar Seyidov bizə Cüma məscidinin tarixindən danışmışdır.

«Cümə məscidi Dərbəndin əsas, Rusiyada isə ən qədim məscidlərdən biridir. Arxeoloji qazıntılar aparılması planlaşdırılan Narın-Qala ərazisi, Xəzər dənizinə ikiqat divarla birləşmiş Dərbənd qalasının bir hissəsi sayılaraq, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 

Dərbənd ilk, əvvəlkı, əzəlı görünüşünü bızim günlərə kimi qoruyub saxlaya bilmiş azlıq təşkil edən qədim şəhərlərdən birisidır. Dünyada bu qədər hücuma məruz qalmış, müxtəlif ıxtilaflara səbəb olmuş və qanlı müharıbələr meydanına çevrılmiş başqa belə şəhər tapmaq yəqin çox çətindır. İlk ıslamın bır çox xadimlərı və Məhəmməd  peyğəmbərin nəsıllərı öz faydalı və xeyirlı vəzifəsini burada başlamışlar.

Bu vaxtdan etibarən Dərbənd bütün regionun dini təfəkkür  mərkəzinə çevrildı, yerli əhalinin əsas və başlıca dini ısə İslam oldu.

733-cü ıldə 7 məscid tikildi – hər (mağalda) kvartalda biri. Əlavə olaraq ümumi cümə namazını qılmaq üçün böyük kafedra baş məscidi  əl-Məsci- dül-Cəmii-tikildi.

1796-ci ildə Dərbənddə 15 məscid fəaliyyət göstərirdi. Cümə məscidi haqlı olaraq Rusıyada ıslamlaşdırmanın başlanğıc nöqtələrindən biri sayılır.O, İslam xəlifətindən kənarlarda ilk vaxtlarda tikilmış mühüm (əhəmıyyətlı) məscidlərə məxsusdur.

Cümə məscidi  Dərbəndin köhnə hissəsinin mərkəzındə yerləşır, qədim şəhərin gözəl memarlıq  kompleksi  kimi  təqdim olunur. Kompleks baş məsciddən, mədrəsədən və ruhanilərı üçün yaşayış otaqlarından ibarətdir.

Məscidin tikilməsı   733-734 ıllərə aiddir. Cümə məscid şəhərdə ən böyük bina idi. O vaxta görə onun ölçüləri  çox böyük sayılırdı: 68 m – qərbdən şərqə, və 26 m – cənubdan şimala. Günbəzin hündürlüyü 17 m .Məscidin həyəti 55×45 metrdir.

Daxili məkanı üç bölük hissədən ıbarətdir. Ortadakı bölük hissənin eni  6,3 m, yandakıların -4 m, onların arasında düzgün profil verilmış kapitelli (kapitel – sütun başlığı)kvadrat sütunlar (97×97 sm) var ki, onların üstündə çatma tağlar durur.

Özünün çoxəsrlik tarixi  Cümə məscidinin binası dəfələrlə dəyişmişdir(yenidən qurulmuşdur).Giriş qapılarının üstündə qalmış yazıdan məlum olur kı, hicrətın 770-ci ilində (miladı tarixlə 1368-1369) zəlzələdən sonra bakılı (Bakı şəhərindən) Tacəddın tərəfındən bərpa olunmuşdur.

Zamanlar, əsrlər dəyışmiş, təbii  fəlakətlər baş vermış, nəsillər ötmüş, şəhər tədricən dəyişmiş. Cümə məscidi  ısə zamanın bütün sınaqlarından keçib alınmaz qala kimi  bu gün də durur.

Təəssüf ki, Cümə məscidinin tarıxındə pis dövrlər də olub. 1930- cu ıllərdə ölkədə geniş yayılmış ateist rejimi  məcrasında (nətıcədə) məscid bağlandı. Lakin digər dını ıdarələrdən fərqli olaraq Cümə məscidinin taleyi  daha acınacaqlı oldu:1938-1943- cü illərdə o, NKVD (daxilı ışlər xalq komissarlığı) tabeliyində şəhər həbsxanası kimi bu ıdarənin bütün atributları ilə ıstifadə edilmişdir.

1943-cü ıldə Böyük Vətən müharibəsının ən qızğın çağında Moskvanın qərarı ilə məscid gələcəkdə dini məqsədlər üçün ıstifadə etmək hüququ ilə ruhanilərə verilmişdir.

Cümə məscidinin ən qıymətli  sərvətı  və yaraşığı, əlbəttə ki, çinar ağaclarıdır. Onları və məscidi  şəhərin hər nöqtəsindən görmək və tanımaq olur «.

                                                                                           Telman  Tahirli

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *