5- oktyabr Beynəlxalq müəllimlər günüdür

Dərbənd rayonu icra başçısı əvəzi Nəbi Əliyev oktyabr ayının 5- də təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib. Təbrikdə deyilir: “ Əziz müəllimlər, Dərbənd rayonunun təhsil işçiləri və veteranları! Sizi peşə bayramınız-Beynəlxalq müəllimlər günü münasibətilə ürəkdən təbrik edirəm! Əziz müəllimlər, icazə verin öz peşənizə sadiq insan olduğunuza görə,hər gün şagirdlərinizə ürəyinizin hərarətini belə əsirgəmədiyinizə görə, seçdiyiniz bu peşəni təmənnasız şərəflə ,vicdanla yerinə yetirdiyinizə görə və işinizə həmişə sadiq olduğunuza görə sizə səmimi təbriklərimi çatdırım! Bu peşənin veteranlarını isə xüsusi qeyd edərək onlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm.Çünki onların bu peşəyə sərf etdikləri zəhmət böyükdür,əvəzsizdir.Gələcək nəslin təlim- tərbiyəsinə verdikləri töhfələr böyük rəğbətə layiqdir.Hörmətli təhsil işçiləri və veteranları, sizi bir daha ürəkdən təbrik edir ,sizə möhkəm can sağlığı,xoşbəxtlik, ailə səadəti və gələcək nəslin təlim- tərbiyəsində yaradıcılıq uğurları arzulayıram!”

Hörmətli Nəbi Əliyev biz də sizin bu təbriklərinizə qoşularaq ,yeri gəlmişkən, Respublikamızın bütün təhsil işçilərini bu gözəl peşə bayramı münasibətilə ürəkdən təbrik edirik.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *