MƏHƏMMƏD PEYĞƏMBƏR (ƏS) ALLAHIN ELÇİSİDİR

Dərbənd şəhərində Məhəmməd peyğəmbərin doğum günü qeyd olundu
Bu həftənin çərşənbə günü bir çox tarixi hadisələrin beşiyi olan, artıq dünyanın çox yerində Dəmir qapı Dərbənd kimi tanınan şəhərimizin yuxarı hissəsindəPeyğəmbərimizin şərəfinə mövlud keçirilib. Biz də bu möhtəşəm günə-bəşəriyyətin son Peyğəmbəri Məhəmməd əleyhəsəlamın doğum gününə həsr olunmuş təntənəli tədbirlərin şahidi olmaq üçün həmin yerə tələsdik.


Krupskaya küçəsində şənliklər təşkil edilmişdi. Bir-birininin ardınca qurulan çadırların qarşısındakı masaların üzərinə müxtəlif şirniyyatlar, uşaqlar üçün şirələr və dadlı-ətirli meyvələrlə yanaşı, əvvəlcədən məhz bu bayram üçün sifariş edilərək bişirilmiş səmənilər, yuxaların içinə qoyulmuş halva və başqa təamlarda düzülmüşdü.
Tədbirin təşkil edilməsindən əvvəlcədən xəbərdar olanları və yaxud təsadüfi olaraq buradan keçənləri ləziz təamlara qonaq edirdilər. Ora getdiyimiz zaman artıq ocaqlar qalanmış, iri mis qazanlarda bişirilən və dəmə qoyulan aşın ətri ətrafa yayılmışdı. İri samovarlarda qaynadılmış pürrəngi çay, yeməklər, hətta başa örtmək üçün rəngarəng örpəylər də paylanır, naşidlər oxunurdu. Böyük əliaçıqlıqla hamını yeməyə dəvət edirlər. Bolluq, firavanlıq adama xoş təsir bağışlayırdı. Toplaşanların üzündən sevinc, təbəssüm yağırdı. Onlar Peyğəmbərin ruhuna salavat çevirir, dua edirlər.
Təbdir dünyanın ən qədim dini ocaqlarından biri olan Cümə məscidi və şəhərin yuxarı hissəsindəki bütün dini və ictimai təşkilatlar tərəfindən təşkil edilmişdir.


Tədbirdə hər zaman Dərbəndin ictimai işlərində fəal iştirak edən, camaatın içində olan “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Xizri Abakarov dərbəndlilərin ailələrinə can sağlığı, əmin-amanlıq və firavanlıq diləmiş, toplaşanları bayram münasibətilə təbrik edərək demişdir: “Bütün Dərbənd müsəlmanlarını Həzrəti Məhəmmədin (əs) mövludu günü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Həzrət Məhəmmədin (əs) getdiyi yolu tutaraq müsəlmanlar dini ənənələrini artırmağa davam edəcək, qədim şəhərimizdə xeyirxahlıq və ədalət, beynəlxalq sülh və harmoniya ideallarının möhkəmlənməsinə töhfə verəcəklər. Dərbənd sakinlərinə cansaqlığı, firavanlıq və bütün xeyirxah, yaxşı işlərdə uğurlar diləyirəm”.
Tədbirdə qimətli hədiyyələrə sahib olmaq üçün lotereya da oynanılmışdır. Bir daha bütün sülhsevər və xeyirxah insanları Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə təbrik edir, təbrik edir, hamıya can sağlığı, rifah, bol ruzi-bərəkət, əmin-amanlıq arzulayırıq.
Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *