MƏMMƏD-KAZIM ƏLƏKBƏR OĞLU ƏLƏKBƏRLİ

Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonunda 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilmişdi. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlirərlə bərabər, bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqla şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi
Bu repressiyanın qurbanlarına çevrilənlərdən biri də 24 yanvar 1905-ci ildə Dərbənddə anadan olmuş Məmməd-Kazım Ələkbər oğlu (azərbaycanlı) Ələkbərli idi. O 1926-cı ildə KASS sıralarına qəbul olunmuşdu. 1927-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Gəncə milli fədakarlıq şöbəsinin müdiri, “Krasnaya Gəncə” jurnalının (1927) “Dağıstan Füqarası” qəzetinin (Mahaçqala) və “Maarif Yolu” jurnalının (1928-1930) redaktoru idi.
1934-cü ildə Moskvada Qırmızı Professorlar İnstitutunu bitirdi. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Dövlət Universitetinin rektoru (1935-ci ilə qədər), “Kommunist”, “Vışka”, “Literaturnaya qazeta”, “İnqilab və Mədəniyyət” (Революция и культура), Literaturnıy Azərbaycan” jurnallarının redaktoru və digər məsul vəzifələrdə çalışmışlar.
Ələkpərli, Leninin əsərlərinin Azərbaycan dilində nəşrini hazırlayan ilk redaktorlardan biri olmuşdur.
Məmməd-Kazım Ələkbərli, Azərbaycanda ilk fəlsəfə dərsliyinin, Azərbaycan Sovet ədəbiyyatının, “Oktyabr inqilabi və Azərbaycan ədəbiyyatı”, “Sovet ədəbiyyatı inkişaf yolunda” müəllifdir “Aprel ədəbiyyatı”, “Sovet realizm üçün”, “Aydından Yaşara qədər”, “Dönmə” və s.aktual problemlər mövzusunda məqalələrin müəllifidir. 1934-cü ildə Sovet yazıçılarının ilk qurultayında Azərbaycan ədəbiyyatı haqqında bir məruzə ilə çıxış etmişdir.
Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə oktyabr ayının 12-də (və yaxud 13-də) Azərbaycanın Bakı şəhərində güllələnmişdir.
Hazırladı: Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *