Dərbənd rəhbərinin səlahiyyətlərini icra edən Rüstəmbek Pirmagomedov “ Vahid Rusiya “ nın doğum günündə vətəndaşları məsafədən qəbul etdi

 «Vahid Rusiya» nın Dərbənd şəhər yerli şöbəsinin katibi, şəhər bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Rüstəmbek Pirmagomedov, «Vahid Rusiya» siyasi partiyasının yaradılmasının 19-cu il dönümünə həsr olunmuş  ərəfədə , vətəndaşların on illik qəbulu çərçivəsində 30 müraciətçini məsafədən qəbul etdi. Xəbər, bələdiyyə rəhbərliyinin mətbuat xidmətindən xəbər agentliyinə bildirilib.

Qəbula çətin həyat vəziyyəti ilə əlaqədar, maddi yardım məsələlərinin yaxşılaşdırılması ilə müraciət etdilər, habelə komunal xidmətlərin işi, tibbi yardımın göstərilməsi, sosial dəstək tədbirlərinin olunması, mənzil qeydiyyatı ilə bağlı kimi müraciətlər  də vardır.

Məsələlərin yarısından çoxu müsbət həll olundu. Digər hallarda isə insanlara məsləhət və zəruri məlumatlar verilmişdir. Rüstəmbek Pirmagomedov vətəndaşların suallarını ətraflı cavablandırdı, izahat verdi. O, Departament rəhbərlərinə bu gün vəziyyətlə tanış olmaq üçün şəhər rəhbərliyinə müraciətlərini göndərən Dərbənd xalqı ilə görüşməyi tapşırdı və məsələləri həll etmək üçün əlavə tədbirlər planını hazırladı.

Xatırladaq ki, partiyanın ad gününə təsadüf  edən on günlük qəbul dekabrın 10 qədər davam edəcək.

                                                              Hazırladı: Sevinc Quliyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *