İGİD ÖLƏR, ADI QALAR

Həlak olmuş döyüşçünün adı əbədiləşdirildi
Hüquq qaydaları mühafizəçisinin adı əbədi olaraq Rosqvardiyanın Mahaçqala birləşməsinin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Düz doqquz il əvvəl öz hərbi xidmətini yerinə yetirərkən əməliyyatın idarə edilməsi üzrə təlimatçı, gizir Arsen İsakov qəhrəmancasına həlak olmuşdur.
2011-ci il iyunun 22-də Arsen İsakov müşahidə məntəqəsini yoxlamaq üçün həmin yerə tərəf yollandı. Bu zaman Dağıstanın Kizlyar rayonu Bondarenovskaya qəsəbəsi tərəfdən zəif görünmədən istifadə edən quldur dəstəsinin üzvləri bu ərazidəki sipər xəttini keçmək məqsədilə gizli şəkildə müşahidə məntəqəsinə yaxınlaşırdılar.
Beləliklə, qayda-qanun keşikçiləri ilə quldurlar arasında döyüş başlanır. Cəsur döyüşçülər quldurların irəliləməsinin qarşısını almağa müvəffəq olurlar, lakin toqquşma zamanı gizir Arsen İsakov çox ağır, həyat üçün təhlükəli olan yaralar alır.
Rusiya Federasiyası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə Arsen İsakov ölümündən sonra “Cəsarət” ordeni ilə təltif edilmişdir.

Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *