REGİONAL LAYİHƏNİN İCRASI

Dərbənd rayonunun sosial xidmətləri “Yaşlı nəsil” layihəsinin icrasını tamamlayır
Dərbənd bölgəsindəki hərtərəfli sosial xidmət mərkəzinin səjjar briqadası “Yaşlı nəsil” regional layihəsini həyata keçirməyə davam edir.
Rayonun Əmək və sosial İnkişaf nazirliyinin mətbuat xidmətindən xəbər agentliyinə bildirildiyi kimi, proqram çərçivəsində qurumun sosial işçiləri kənd yerlərində yaşayan 65 yaşdan yuxarı insanları profilaktik tibbi müayinə, o cümlədən yoluxucu xəstəliklərin aşkarlanması məqsədilə əlavə müayinələr üçün tibb müəssisələrinə çatdırdılar.
Bu il dekabrın 15-də Dağıstan Respublikasının səhiyyə nazirliyi ilə imzalanmış idarələrarası razılaşmanın şərtlərinə uyğun olaraq Məmmədqala qəsəbəsinin dörd sakini növbəsiz qəbul edildikləri rayon xəstəxanasına aparıldı. Bir terapevt tərəfindən ilkin müayinədən və mütəxəssislərlə məsləhətləşmələrdən keçdilər, nəticədə onların hər birinin xəstəliyi təyin ediləcək və müvafiq müalicə aparılacaqdır. Müayinələr başa çatdıqdan sonra sosial xidmət mərkəzinin yaşlıları evlərinə aparıldı. Ümumilikdə, 2020-ci ildə Dərbənd rayonunda “Demoqrafiya” milli layihəsi “Yaşlı nəsil” regional layıhəsinin icrası çərçivəsində əhali üçün kompleks sosial xidmətlər mərkəzi tərəfindən 85 yaşlı vətəndaş tibbi müayinədən keçirilmiş, hansı ki, onlara 494 növ tibb xidmət göstərilmişdir.
Qeyd edək ki, yaşlı vətəndaşların tam müayinədən keçməsi və xəstəliyin müəyyənləşdirilməsi, lazımi müayinələrin aparılması, tibb müəssisələrinə çatdırılması üçün əmək nazirliyinin respublikanın şəhər və rayonlarındakı 33 sosial xidmət mərkəzinə əlilliyi olan yaşlı vətəndaşlar xüsusi qaldırıcı mexanizmlə təchiz olunmuş ixtisaslaşdırılmış avtomobillər verilmişdir.
Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *