ÜMUMRUSİYA KORLAR CƏMİYYƏTİ-95

“İnsanlara verilmiş ömür”

Dərbənd yalnız öz qədimliyi, tarixi abidələri ilə deyil, həm də, özünün layəqətli sakinləri ilə məşhur olan nadir məkandır. Bu torpaq ölkəyə çox gözəl insanlar-hərbçilər, yazıçı və şairlər, rəssamlar, musiqiçilər və başqa sənət adamları bəxş edib.

Belələrinlən biri də Xalik Əhədoviç Sultanovdur. Bu il onun anadan olmasının 125 illiyi tamam olmuşdur.

1925-ci ildə RSFSR-də görmə qabiliyyətini itirmiş vətəndaşlara dəstək məqsədilə Ümumrusiya (ÜKC) korlar (VOS) cəmiyyəti yaradıldı. Bu il ÜKC özünün 95 illiyini qeyd edir. Hər bir təşkilatda olduğu kimi ÜKC- də öz tarixinə malikdir. Xalik Sultanovun həyatı ÜKC-nin səlnaməsində çox parlaq bir səhifədir. Təşkilatın ilk 14 ilinin yaradıcılığı Sultanovun nəticəsi, “İnsanlara verilmiş ömür” kitabçasının müəllifi, Dərbənd şəhər 15 saylı OM-in 6-cı sinif şagirdi Əlibəyova Əminə tərəfindən toplanmışdır.

Bu kitabın əsasını Sultanovun qızı Hacıyeva Gülsüm Xalikovanın, təşkilat üzvlərinin uşaqlarının, qohumlarının şahidi olduqları xatirələr təşkil edir.

Sultanov Xalik Əhədoviç 1895-ci ildə Dərbənddə buğda yetişdirməklə məşğul olan sahibkarın ailəsində doğulmuşdur. Anasının adı Gərək, atasının adı isə Əhəd idi. Onlar 7-ci mahalda yaşayırdılar. Tif epidemiyası çoxlu dərbəndlinin həyatını özü ilə apardı. Əhədin 14 övladından ikisi-Xalik və Cəlil sağ qaldı. Onlar böyük hörmətə və nüfuza malik olan Sultanın nəvələri idi. Sultan özünün qeyri-adi sağlamlığı, gücü və dözümlülüyü ilə ətrafda ad-san qazanmışdı, əsl cəngavər, çox ədalətli və düzgün adam idi. Dərbəndə onunla güclərini sınamağa çox uzaqlardan da adamlar gəlirdi. Problemləri həll etməyə yalnız şəhərlilərə yox, Dərbənddə olarkən çətin vəziyyətə düşən başqa rayonların sakinlərinə də kömək edirdi. Sultanın nəvələri də öz babalarının yolu ilə gətmişlər.

Sultanov Cəlil Əhədoviç BVM-də Dərbənd şəhər milis İdarəsinin rəisi işləmişdir. O “Qafqazın müdafiəsi uğrunda”, “Almaniya üzərində Qələbəyə görə”, iki Qızıl Bayraq və Lenin ordeninə layiq görülmüşdür.

Xalik Əhədoviç, o da babası Sultan kimi öz həyatını insanlara xidmətə həsr etmişdir. Dağıstanda Sovet hakimiyyətinin qurulduğu zamanlar partizan dəstəsinin rəhbəri olmuş, görmə qabiliyyətinin bir hissəsini itirmişdi. Qayıtdıqdan sonra Susanxanım Həsənova ilə evlənir və şəhər ticarətində işləməyə başlayır, təftiş komissiyasına seçilir. Lakin bu onun ürəyincə olmur və Xalik Əhmədoviç işdən çıxır. X. Sultanov Dərbənddə korlar üçün cəmiyyətdə müəllim işlədiyi dövrlərdə-niyə axı, Dərbənddə korlar üçün təşkilat yaradılmasın, -sualının üzərində düşünürdü. Ölkə üçün ağır olan illərdə aclıq və xəstəlikdən çox insan ömrü qırıldı. Göz işığından məhrum olan insanlar üçün xüsusilə ağır idi. 1937-ci ildə Xalik Əhədoviç öz şəxsi vəsaiti hesabına təşkilatın əsasını qoymaq üçün lazım olan hər şeyi əldə etdi. Bir az sonra Dərbənd rayonlararası təşkilatın hesabını açdı. Özünün birinci mahal kvartal 58, 85 nömrəli evindən idarə qismində istifadə etdi. Həmin vaxtda Xalikin evində Mirzəxəlil Ağaəmoyeviç Həsənovun ailəsi də yaşayırdı. “Evin üç otağında korlar üçün təşkilatın idarəsi yerləşmişdi”,- deyə Mirzəxəlilin qızı Gülnaz xatırlayır:- bura adamlar gəlirdi. Sultanovlar yayda Dərbənd rayonunun Bilici, Müzəyim kəndlərində olur, orada süpürgənin hazırlanmasında lazım olan sorqo əkirdilər. Eləcə də Xasavyurta, Babayurta da gedirdilər. Birinci illər Xalik Sultanovun üzərinə böyük ağırlıq düşmüşdür. Çünki savadsız insanlarla danışmaq, kor və zəif görmə qabiliyyətli insanların ümumi problemi olduğunu, dövlətin onlara kömək etməsi üçün təşkilata üzv olmalarının labüdlüyünü başa salmaq çox çətin idi. Təşkilatın ilk üzvlərinin arasında Dadaşov Mahmud və onun həyat yoldaşı Sənubər, Sitarə, Qıztamam, Xanım (kənddən), Şərqiyyə (Bilici kənd), Umcahan ,Qayabikə, Fətulla Hacıyev, Əlifərman Mamedov var idi. X. Əhədoviç Əlifərmanı təşkilara gətirərkən o hələ uşaq idi. O, Əlifərmanı öz doğma balası kimi əlində gəzdirirdi. Ona çalmağı öyrətmək üçün kamança kursuna yazdırmışdı. Sonralar kamançada çalmaq onun sənəti oldu.

Dərbənd şəhərinin sakini Abdul Mamedov (usta-çəkməçi) ağır illərdə xeyirhaqlıq göstərərək Bilici kəndinfən olan 12 yaşlı kor qız -Şərqiyəni öz evinə gətirib böyütdü. Şərqiyə öz böyük qardaşı ilə birlikdə yanğından sonra evsiz-eşiksiz qalmışdılar. Sultanovun sayəsində isə Şərqiyə təşkilata qəbul olundu. Qohumlarının evində-kvartal 58, ev 29-da Xalik Əhədoviç taxta qaşıqlar hazırlayan sex açdı. Lakin bu iş onlara az gəlir gətirirdi. Sultanov rayon komitəsinə təşkilat üçün torpaq sahəsi ayırmaq məqsədilə müraciət etdi. Lakin müharibə (1941-1945) sovet adamlarının bütün planlarını alt-üst etdi. Od-alov içində yanan ölkənin göz işığını itirən vətəndaşlarına lazımi köməyi göstərə bilmədiyi bir vaxtda, bu insanlara kömək, qayğı göstərmək Sultanov Xalikin həyatının mənasına çevrildi.

Təşkilatın yaradılmasıda Sultanova Susanxanım Ağaəmiyevna Xalik Əhədoviçin həyat yoldaşının çəkdiyi gərgin zəhmət də təqdirə layıqdin. O çox böyük səylə ərinə kömək edirdi. Qızları Gülsüm valideynləri hara getsəydi, onların yanında olardı. “Mən heç vaxt anamdan yoruldum, sözünü eşiməzdim. Təşkilatın uğurlarına bir yerdə sevinirdik,- deyə o, danışır. ÜKC-nin yaradılmasında atasının göstərdiyi fədakarlığın haşidi olan 6 yaşlı balaca qızcığaz da işdən kənarda qalmır. Valideynlərinə qurumuş otları çevirməyə edirdi. O, tez-tez atasının bu sözlərini yada salır: “Kömək et, qızım, dövlətimizə kömək edirsən. Mən o vaxt bu sözlərin mənasını başa düşmürdün. Lakin bunun atam üçün nə qədər vacib və əhəmiyyətli olduğunu dərk edirdim”.

“Atam kiminlə döyüşmüşdüsə, hamıya pensiyaya çıxmağa kömək edirdi. Baxmayaraq ki, onun özünə də pensiya düşürdü, lakin o bundan imtina etdi və anama dedi:- Əgər mənim kimilər pensiya alarsa, dövlətimiz kasıblaşar. Axı, mən işləyirəm, kartoçka ilə ərzaq alıram və bu mənim ailəmə bəs edir. Qoy bu pulları ona ehtiyacı olanlara versinlər”.

1943-cü ildə dövlət Müzeyim kəndində torpaq sahəsi verdi. Burada sorqo (kalış-darıya oxşar dənli bitki) ilə yanaşı, həm də kələm, qarğıdalı da əkdilər. Yayda Xalik Əhədoviç yoldaşı Susanxanım və qızı Gülsümlə birlikdə talaya köçdülər və beləliklə, öz gücləri ilə ilk məhsul yığıldı.

BVM illərində qaçqınların çox hissəsi ölkənin cənubuna təxliyyə edilirdilər. Qaçqınlar yaşayış yeri, geyim, yemək və həyat üçün zəruri olan başqa şeylərlə təmin edirdilər. X.Sultanov ürəyiaçıqlıqla tatar Axmadulla və onun yoldaşı Mariyanı təşkilatın üç otağından birində yerləşdirdi və sonralar ona mühasibat işini təklif etdi.

Təşkilatın ilk üzvlərindən olan Dadaşov Mahmudun və Sənubərin qızı İntizar öz xatirələrini bölüşür: “Adamlar savadsız idi. Xalik Əhədoviç öndə gedərək, təşkilatda olan korlara problemlərin həllində əkindən gələni əsirgəmirdi. Aclıq illərində ərzaq və geyim üçün “kartoçka” verirdilər”.

1944-cü ildə Xalik Əhədoviç həyat yoldaşı ilə səbət toxumaq üçün təcrübə toplamaq məqsədilə Xasavyurta getdi. Dərbəndə gələrkən istehsal üçün yeni dəzgahlar sifariş etdi. Elə həmin ilin yayında da onlar Xasavyurt rayonunun Osmanyurt kəndinə getdilər. Burada səbət toxumaq üçün lazım olan bitki (çaqan) bitirdi. Fəhlələrə ödəmək üçün pul yox idi və bu səbəbdər ər-arvad bitkini biçir, onu qurudur və Dərbəndə göndərirdilər. Beləcə Xalik Əhədoviç korlara səbət toxumağı öyrətdi.

1945-1946-cı illərdə yay mövsümündə X.Sultanov Xasavyurtun Temiraul kəndinə, Babayurta getdi. Yenə də xammal əldə etmək və Dərbəndə göndərmək onun üzərinə düşdü. Ailəsinin dəstəyi sayəsində o bütün çətinliklərin öhdəsindən gəlirdi. 5-ci mahalda yerləşən məsciddə səbət, ağardıcı fırça və s. düzəldən emalatxana yerləşirdi. 40-cı illərdə Qırxlar məscidinin binasında ÜKC-nin hazır məhsullar saxlanılan anbarı var idi.

1947-ci ildə Moskvada ÜKC-nin 6-cı qurultayı açıldı. Bu hadisə Dərbənd təşkilatının yaranmasının 10 illiyi ilə üst-üstə düşmüşdü. Dərbənddən X.Sultanov nümayəndə kimi qurultaya dəvət olunmuşdu. O əldə edilmiş müvəffəqiyyətlərə görə palto, korlar üçün qol saatı və s.hədiyyələrlə mükafatlandırıldı.

1947-ci ildə korlar təşkilatı üçün Bilici stansiyasında sorqo əkməyə sahə ayırdılar. O yenə də öz ailəsi ilə birlikdə sahəyə köçdü. Gecələr çox qorxulu idi, canavarlar ulayırdı, çardaqda yaşamaq çox təhlükəli idi. Oktyabrda Dərbəndə qayıtdılar.

1950-ci ildə Jdanov adına kolxozun idarəsi 6-cı mahalda yerləşən yeni binaya köçdü. Kolxoz sədri İK-dən xahiş etdi ki, Puşkin 31ünvanda yerləşən köhnə bina korlar təşkilatına verilsin. Elə buradaca yataqxana yaradıldı. Bir otaqda qadınları, o biri otaqda isə kişiləri yerləşdirdilər. Burada X.Sultanov onlara Brayl şrifti ilə yazı və oxu dərslərini keçirdi.

Xalik Sultanov ömrünün sonuncu illərində kəndlərə gedir, kor adamları şəhərə gedib, təşkilata daxil olmağa inandırırdı. Növnəti dəfə bu fikirlə Tabasaran rayonunun Xuçni kəndinə gedən X.Əhədoviç ev sahiblərinə əziyyət verməmək üçün açıq havada gecələyir və ciyərlərinə bərk soyuq dəyir. Müalicə olunmaq üçün xəstəxanaya getsə də, heç bir xeyri olmur və 1952-ci ilin yanvar ayında bu fədakar insan gözlərini əbədi olaraq yumur. Hələ sağ ikən Allah onu Həcc ziyarəti ilə mükafatlandırır. “Ölümünə bir az qalmış atam özünün ölən dostu Seyidhüseyni ağ atın üstündə, ağ libasda görür. O əlində ağ paltar tutmuşdu. Atam soruşur: “Seyidhüseyn, sən hara hazırlaşmısan? Bu zaman dostu ona ağ paltarı uzadaraq deyir: Mən Həccə gedirəm və səni də özümlə aparıram”.

O çox böyük qəlbə malik, ciddi və xeyirxah bir insan idi. Belə insanların həyatı əsl mərdlik və igidlik təcəssümüdür. X. Əhədoviçin göstərdiyi mətanət, idarə əməksevər və ədalətli insanlara xas olan müsbət xasiyyətdir, hansı ki, bütün şüurlu həyatını kor adamlara xidmət göstərməyə sərf etmişdir. Onun ədalətli olması, insanlarla səmimi ünsiyyət qura bilməsi təşkilatının yaradılmasında vacib pol oynamışdı.

Onun nəvələri-nəticələri öz babalarını unutmurlar. Qızı Gülsüm həyat yoldaşı Kərim Hacıyevlə birlikdə 8 uşaq böyütmüşvə onlara yaxşı təhsil vermişlər. Atalarının, babalarının əvəzsiz müdrikliyi, xeyirxahlığı və düzgünlüyü həmişə onlara nümunə olacaq, öz ölkəsinin maraqları uğrunda ləyaqətlə çalışacaqlar.

Zakir Hacıyev — hüquq-mühafizə sahəsində uğurlarına görə “İkinci dərəcəli Vətən qarşısında xidmətlərinə görə” medalına,

Elman Hacıyev — DR dövlət xidmətinin əməkdar işçisi”,

Gülnarə Hacıyeva — “RF ümumtəhsilinin şərəfli işçisi” fəxri adlarına layiq görülmüşlər.

X.Sultanovun adıyla 2020-ci ildə üç məşhur tarix- ÜKC-nin 95, Qələbənin 75 illiyi və onun anadan olunmasının 125 illiyi bağlıdır.

BVM-də Qələbənin 75 illiyinə “Radio VOS” da “Xalqın yaddaşı” layihəsində ÜKC-nin 76 regional təşkilatından nümayəndələr iştirak edirdi. Burada Dərbənd təşkilatının tarixi, onun yaradıcısı X.Ə. Sultanovun taleyi haqqında danışıldı.

Mən səninlə fəxr edirəm, ulu babam, axı sənin həyatın hamı üçün nümunədir. Biz bu gün böyük qürurla qədim şəhərimiz Dərbənddə ÜKC-nin tarixində öz izimizi qoyuruq. Bütün bunlara ÜKC-nin himnindən bu sözləri əlavə etmək olar: “Xoşbəxtliyi öz zəhmətimizlə qururuq və yeni nailiyyətlərə hazırıq!”…

Biz bu yolda dəstək verənlərin hamısına öz dərin təşəkkürümüzü bildiririk. Çəkdiyimiz zəhmət bizim böyüməkdə olan nəslin mənəvi cəhətdən tərbiyələnməsinə kömək edəcək.

Rus dilindən tərcümə edəni: Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *