ENRİK MÜSLÜMOV XEYRİYYƏ TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETDİ

Yeni il ərəfəsində DR-nın milli siyasət və dini işlər naziri vəzifəsini icra edən Enrik Müslümov Kazbekovski rayonu, Dılım kəndinin kiçik sakini Sultanbek Sultanbəyovun istəyindən xəbər tutdu. Uşaq gitara almaq arzusunda idi.
Bu yaxınlarda şəxsən onun özü oğlana bu hədiyyəni alıb gətirmiş və uşağın ailəsini Yeni il münasibətilə təbrik etmişdir.
“Yeni ildə həmişə yaxşılığa və möcüzələrə inanmaq istəyirsən, amma uşaqlar üçün bu bayram xüsusi məna və sehrlə doludur. Bu cür istedadlı bir uşağın xəyalının reallaşmasına kömək etdiyimi anlamaq çox xoşdur. Sultanbekə böyük müvəffəqiyyətlər və yaradıcılıq uğurları diləyirəm”,- deyə E.Müslümov təbrik nitqini yekunlaşdırmışdır.
“İstəklərin Milad ağacı” aksiyası Ümumrusiya “Mənimlə arzula” layihəsi tərəfindən təşkil edildi. “Bu aksiyanın Yeni ildə mümkün qədər çox insanın möcüzəyə inanmasını təmin etməyi hədəflədiyi” qeyd olunur.

Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *