HƏLAK OLMUŞ DÖYÜŞÇÜLƏR UNUDULMUR

Yeni il tədbirləri davam edir
DR-da rus qvardiyaçıları vəfat etmiş əməkdaşların uşaqları üçün Yeni il tədbirləri keçirməyi davam edir. DR-dakı Rosqvardiya İdarəsinin Kaspi OMON “Əqrəb”in əməkdaşları əbədi olaraq sıralarda qalan işçilərin ailələrinə baş çəkmiş və onları Yeni il münasibətilə təbrik etmişlər.
Rus qvardiyaçıları uşaqlara Yeni il hədiyyələri təqdim etmiş və bu Təzə ildə onlara can sağlığı, yüksək əhval-ruhiyyə və həyatda yaxşı nə varsa arzulamışlar. Vəfat edən dəstə üzvlərinin yaxınları, həyatlarında fəal iştirak etdikləri və göstərdikləri daimi diqqət və qayğıya görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildiriblər.
Kaspi OMON-un komandiri, polkovnik Şamil Maqomayev qeyd etdi ki, həmkarlar dəstəsinin ölən əsgərlərinin ailələrini heç vaxt unutmur və onlara hərtərəfli dəstək göstərməyə çalışırlar.

Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *