İGİDLƏR ƏBƏDİ YAŞAYIR

Ruslan Filyayevin adı əbədi olaraq qeyd edildi. Rusiya qvardiyasının Mahaçqala formasiyasının ayrı batalyonunun şəxsi heyət siyahılarında 25 il əvvəl hərbi vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan patrul bölüyünün atıcısı, əsgər Ruslan Filyayevin adı əbədi olaraq qeyd edildi.
1996-cı ilin yanvar ayında patrul bölüyünün şəxsi heyəti Salman Raduyevin dəstəsinin Dağıstanın Kizlyar şəhərinə hücumun dəf edilməsində iştirak etdi. Quldurlar şəhər xəstəxanasının doğum şöbəsini ələ keçirərək yerli sakinləri girov götürdülər. Filyayevin bölüyünə xəstəxanaya bitişik ərazini bağlamaq tapşırıldı. Toqquşma zamanı vzvod komandiri leytenent Orlov yaralandı. Əsgər Ruslan Filyayev də yaralanmışdı. Lakin o buna baxmayaraq, komandirini xilas etməyə cumdu və buna nail olaraq onu atəşin altından çıxarmağı bacardı. Lakin onun özü aldığı ağır yaralardan öldü.
İgid döyüşçü Rusiya Federasiyası Prezidentinin 1 aprel 1996-cı il tarixli Fərmanı ilə ölümündən sonra Cəsarət ordeni ilə təltif edilmişdir.

Amaliya Ağakişiyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *