Medvedyev, infeksiya idxalının qarşısını almaq üçün nəzarət məntəqəsini yenidən təchiz etməyi tapşırdı

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Rospotrebnadzora 2021-ci il mart ayının sonunadək təhlükəli infeksiyaların gətirilməsi risklərinin qarşısını almaq üçün,  Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqələrinin əlavə təchizatı qaydalarını hazırlamağı tapşırdı.

O, bunu dövlət sərhədinin, o cümlədən nəzarət- buraxılış məntəqələrinin inkişafı üçün əlavə tədbirlərə dair iclasda söylədi.

 “ Digər vacib bir məsələ Rusiyanın MDB ölkələri ilə sərhədlərin daxilindəki miqrasiya axınlarıdır. Burada da təhlükəli yoluxucu xəstəliklərin dövlətimizin ərazisinə keçməsinin qarşısını almaq üçün keçid məntəqələrinin əlavə tənzimlənməsi və təchizatı barədə düşünməliyik » deyə vurğuladı Medvedyev.

Medvedyev həmçinin Rospotrebnadzora 2021-ci il mart ayının sonuna qədər müvafiq təkliflər hazırlayıb hökumətin təsdiqinə təqdim etməyi tapşırdı.

Daha əvvəl Rospotrebnadzorun rəhbəri Anna Popova Çindən gələn koronavirus infeksiyasının Rusiyada yayılmadığını, məs ölkədə COVID-19-un Avropa versiyasının geniş yayıldığını söylədi.

  Sevinc Quliyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *