2020-ci il sınaq ili oldu

Bəşər tarixində çətin illər az olmamışdır. Ancaq 2020-ci il daha yaddaqalan olacaqdır. Qlobollaşma, KOVİD-19 pandemiyası, ölkəmizə qarşı kəsilməyən iqtisadi sanksiyalar və s. proseslər sosial-iqtisadi inkişafımıza böyük zərbələr vurmaqda davam edir. İqtisadiyyatımızın bütün sahələrinin inkişafına vurulmuş zərərin miqyasını bu gün dəqiq qiymətləndirmək qeyri- mümkündür. İllər keçdikdən sonra onun nəticələrini daha aydın görmək və qiymətləndirmək olacaqdır. Belə bir şəraitdə qəbul edilmiş dövlət, milli və respublika proqramlarının davamlı yeri nə yetirilməsinin müddətləri maliyyə çətinlikləri üzündən şübhə altındadır.
Respublikamızın və eləcə də rayonumuzun iqtisadiyyatını təşkil edən aqrosənaye kompleksində vəziyyət başqa sahələrə nisbətən qənaətbəxşdir.
DR Başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikov ötən ilin axırında respublikanın kənd təsərrüfatının prioritet istiqamətlərinə həsr edilmiş geniş müşavirədə aqrosənaye kompleksinin tarixən respubli ka iqtisadiyyatının başlıca sahəsi, bu sahədə kənd əhalisinin 55 faizinin məşğul olduğunu xüsusilə vurğulamışdır. Burada emal müəssisələrinin də əldə etdiyi nailiyyətlər qeyd edilməlidir. Respublikamızın iri emal müəssisələrinin Dərbənd zonasında yerləşməsi bir daha göstərir ki, üzümçülüyün məhz bu zonada inkişaf etdirilməsi daha perspektivli və səmərəlidir. Buna görə də Rusiyanın kənd təsərrüfatı nazirliyi respublikamızın aqrosənaye kompleksinin inkişafına diqqəti ildən-ilə artırır.
Son iki ildə federal büdcədən respublikanın aqrosənaye kompleksinin dəstəklənməsinə böyük məbləğlər ayrılması buna sübutdur. Rəqəmlərin dili ilə desək, bu rəqəm 2019-cu ildə 3 milyard, 2020-ci ildə isə 3,4 milyard rubl təşkil edir. Bu qayğı sayəsi ndə regionun fəal inkişaf etməsini müşavirədə qeyd edən Rusiyanın Kənd Təsərrüfatı nazirliyinin müavini Canbulat Xatuov demişdir: «Dağıstan Respublikasının aqrosənaye kompleksinin yaradıcı sahələrində inkişaf vektorunun möhkəm yer tutmasını biz artıq təsdiq edirik.
Dağıstan Respublikası Rusiya Federasiyasının öz ərazisinin kompleks inkişafına başlayan 20 subyekt siyahısına düşmüşdür. Bunun müqabilində bir sıra rayonlarda realizə edilən iri layihələr təsdiq edir ki, bu sistem yanaşmadır. Respublikamızda inşa olunmağa başlayan-məktəblər, uşaq bağçaları və idman kompleksləri kimi vacib sosial obyektlər qarşıya qoyulmuş vəzifələrin bir hissəsidir».
Respublikamızın aqrosənaye kompleksinin əldə etdiyi nailiyyətlərdə RF kənd təsərrüfatı nazirliyinin göstərdiyi dəstək mühüm rol oynayır. Nazirliyin məlumatlarına görə ötən ildə 11 faiz çox taxıl, o cümlədən ilk dəfə rekord düyü, 8,3 faiz tərəvəz, 4 faiz meyvə məhsullarının istehsal edilməsi bunun nəticəsidir. Ayrı- ayrılıqda götürdükdə respublikamızda örtüklü torpaqda tərəvəz məhsullarının yetişdirilməsi ildən-ilə inkişaf edir. Son illərdə xüsusilə respublikamızın cənub rayonlarında bu sahəyə diqqət artırılmış və inkişaf sürətlə gedir. Hazırda istixanaların ümumi sahəsi 620 hektar təşkil edir və əgər 2019-cu ildə respublikada 70 min tondan artıq məhsul istehsal edilmişdirsə, 2020-ci ilin göstəricisi 100 min tona yaxındır. Dərbənd, Qayakənd, Levaşi, Məhərrəmkənd və digər rayonlarda istixanaların ümumi sahəsinin genişləndirilməsi üçün az iş görülməmiş və bu məqsədlə bir sıra perspektivli layihələr planlaşdırılır.
Heyvandarlıq da respublikamızın vacib sahələrindən sayılır. Onun inkişaf etdirilməsinə görə respublika liderlərdən sayılır. Hər il respublikamızda 16 min ton yun, 40 min tona qədər qoyun ətinin istehsal edilməsi buna sübutdur. Qoyun ətinin ölkə ixracatının brendinə çevrilməsi heyvandarlıq sahəsinin gəlirlərinin artmasını təmin edir. Ümumiyyətlə respublikamızın sosial-iqtisadi inkişafında aqrosənaye kompleksinin töhfəsi getdikcə artacaq və bu əhalinin rifahının yaxşılaşdırılmasına böyük kömək göstərəcəkdir.
K.Kərimov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *