DMSSR-in 100 İLLİK FESTİVALI

DMSSR-in yaranmasının 100 illiyinə həsr olunmuş etnofestivalın ikinci mərhələsi Taxo-Qodi adına Milli Muzeydə başlandı.
Şəhər rəhbərliyinin mətbuat xidmətinin agentliyinə verdiyi məlumata görə, fəstivalın proqramına 150-dən çox məktəblinin qatıldığı füsunkar “Dağlar ölkəsi” araşdırması daxil edildi.
Hər komanda öz marşrutunu aldı və bütün yerləri ardıcılıqla keçməli idi. Komandalar izləyicilərin ənənəvi mətbəxi, yaşayış coğrafiyası, geyimləri, dili, respublikada yaşayan xalqların adətləri barədə suallarını cavablandırdılar. Dağıstan xalqlarının mədəniyyəti, adət və ənənələri ilə bağlı tapmacalar həll etdilər.
Geyd edək ki, etnofestivalın üçüncü, son mərhələsi 20 yanvarda baş tutacaq. Onun çərçivəsində ustad dərsləri keçiriləcək və ilk iki mərhələnin qalibləri elan edilərək, mükafatlandırılacaqdır.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *