S.H.SULTANOV

Dərbənd rayonu və şəhəri ictimaiyyətinə ağır itki üz vermişdir. Amansız ölüm Sultan Həmidoviç Sultanovu aramızdan aparmışdır. Sultan Həmidoviç 1947-ci ildə Dərbənd şəhərində anadan olmuş, 1 nömrəli orta məktəbi bitirdikdən sonra təhsilini əvvəl Dərbənd Kənd Təsərrüfatı Texnikumunda və sonralar isə Moskva Dövlət İqtisadiyyat və Rostov Dövlət Pedaqoji İnstitutunda davam etmişdir.
Əmək fəaliyyətinə uşaq idman məktəbində məşqçilikdən başlamışdır. Sonralar o Dərbənd rayon idman komitəsinin sədri, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şurasının sədri, Dərbənd rayonunun gənclərlə iş üzrə və bədən tərbiyəsi komitəsinin sədri, Dərbənd Kənd Təsərrüfatı Texnikumunun direktoru, Dərbənd rayon müdiriyyəti başçısının birinci müavini — “Dərbənd” aqrosənaye kompleksi idarəsinin baş direktoru, 2002-ci ildən Dərbənd rayonunun aqrosənaye kompleksinin rəisi, Dərbənd rayon müdiriyyəti başçısının müavini vəzifələrində çalışmışdır. “Əsgər şücaətinə görə” medalı və DMSSR-in ali sovetinin vərəqəsilə mükafatlandırılmışdır.
O DR-nın əməkdar bədən tərbiyəsinin işçisi, DR-nın əməkdar aqronomudur.
ALLAH RƏHMƏT ELƏSİN, QƏBRİ NURLA DOLSUN!
“Dərbənd” respublika ictimai-siyasi qəzetinin kollektivi