ANA DİLİMİZİ QORUYAQ

Dağıstan Respublikası, çoxmətliliyi ilə dünyaya tanınan bir diyardır. Hər il fevralın 21 i, Respublika üzrə Ana dillləri üzrə, şeir yarışması keçirilir. Bu yarışmada, hər il olaraq Dərbənd şəhəri də iştirak edir. Yanvarın 29 zu, 2021 ci il Ana dillərində. Dərbənddə yaşayan millətlərin öz Ana dillərində yarışma keçirildi. Yarışma Respublikada keçiriləcək müsabiqə üçün hazırlıq olaraq keçirilir. Və bu yarışda qalib gələn şagirdlər, Respublikanın paytaxtı Mahaçqalada keçirilən final yarışında iştirak edir. Yanvarın 29 zu Dərbənd şəhərinin məktəbliləri bu yarışa qatıldı. Tədbir Azərbaycan, Ləzgi, Tabasaran və Dargin dillərində keçirildi. Şagirdlər öz çıxışları və səhnə mədəniyyətini göstərərək, münsiflər heyyətinin diqqətini çəkirdilər. Uşaqların həvəslə çıxışları, münsiflər heyyətinin gözündən yayınmadı. Yarışma bitdi və münsiflər öz qiymətlərini açıqladılar. Nəticələr üzrə
Azərbaycan dilində keçirilən müsabiqənin nəticələrinə əsasən aşağıdakı yerlər tutuldu: 1-ci yer — Züleyxa Qədirzadə, 3 nömrəli Gimnaziyanın 11 cisinif şagirdi. 2-ci yer — 115 nömrəli məktəbin 11 ci sinif şagirdi Mirəli Seyidov. 3-cü yer — 21 nömrəli məktəbin 11 ci sinif şagirdi Günəş Cəbrayılova. Tabasaran dili üzrə, 1-ci yer — Sofiya Mirzaxanova, 2-ci yer — Milana Turabova, 3-cü yer — Mirzəbala İsmayılov. Ləzgi dili üzrə 1-ci yer — Elman Vəlixanov, 2-ci yer — Gözəl Abdulfattahova, 3 cü yer Xədicə Astarxanova, Zaur Salmanov, Səidə Mahmudova. Tədbir Dərbənd şəhər Təhsil Şöbəsi tərəfindən ana dilləri metodisti M, Abdullayeva Seidbike Mirgamidovnanın rəhbərliyi və Dərbənd şəhər mərkəzi kitabxananın direktoru. Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Əliyeva Diana Hafizovnanın rəhbərliyi ilə təşkil edilmişdir. (Münsiflər heyyəti). Dərbənd şəhər təhsil idarəsinin mitodisti Abdullayeva S M,
Mərkəzi kitabxananın direktoru Əliyeva D H. Rusiya və Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan jurnalistlər birliyinin üzvü şairə Zeynəb Dərbəndli. DƏRBƏND qəzetinin əməkdaşı Məmmədova A H. Dərbənd şəhər quruq müzeyinin işçisi Mirzebalayeva G Ş. Rusiya Yazıçılar Birliyinin üzvü, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi şair Rəhim Rəhman. Rusiya Yazıçılar Birliyinin üzvü, Dağıstan Respublikasının əməkdar artisti. Ləzgi dövlət dram teatrının aktrisası və şairə Muradxanova M. Sonda, münsiflər adından, Dərbənd şəhər təhsil idarəsinin mitodisti Seyidbikə MirHəbibovna, bütün iştirakçıları təbrik etdi. Və bütün iştirakçılara gələn il daha gözəl, daha fəal olmalarını arzuladı.

A Məmmədova.