ANA DİLİ MÜƏLLİMİNİN, MƏKTƏBDƏ DƏ ANA QAYĞISI

Dağıstanımız öz dağlığ bölgələri ilə, ucqar kəndləri və meşələri ilə tanınır. Xüsusən də, dağlar arası yolu gedən kəndlər gözəlliyi isə göz oxşayır. Yol gedə-gedə ətrafa baxdıqca, fikirləşirsən ki, Allahın qələmi bu gözəlliyi, yer üzündə sanki xüsusi çəkib.
Belə kəndlərdən biri də, Tabasaran rayonunun Məhrağa kəndidir. Və sizlərə bu dəfə təqdim edəcəyim xanım da, bu kəndin yetişdirdiyi Nazilə müəllimədir.Nazilə Abdulla qızı Babayeva 1975 ci il, yanvarın 10- da bütün gözəlliklərini sadaladığım Məhrağa kəndində dünyaya göz açıb. Uşağlığından müəllimlik vəzifəsinin arzusunda olan Nazilə, uşaqlarla müəllim şagird oyunu oynardı və böyüdükcə onun arzuları da, onunla böyüyürdü. Zaman ötdü, Nazilə
1992 ci ildə Məhrağa kənd orta məktəbini bitirib, öz arzularına çatmaq üçün odlar diyarı Azərbaycana gedir. Və 1997 — ci il Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinə azərbaycan dili və ədəbiyyat fakultəsinə daxil olur. Universiteti bitirdikdən sonra, öz doğma Məhrağa kəndinə geri qayıdır. Hal- hazırda Məhrağa kənd orta məktəbə ana dili vəzifəsində işləyir. Artıq 25 ildir ki, öz vəzifəsini layiqincə yerinə yetirir. Onun şagirdləri hər il Respublika və rayon müsabiqələrində fəal iştirak edirlər. Rayonda 1- ci, 2 -ci yerləri tutur, Respublikada isə 1-ci, 2- ci, 3- cü yerlərə layiq görülüblər. Əlbətdə ki, bu işdə Nazilə müəllimənin böyük rolu və əməyi var. Rayon üzrə «İlin müəllimi» yarışmasında 1-ci yerə, Respublika üzrə isə 2-ci yerə layiq görülüb. Nazilə xanım, öz işini sevə-sevə görən bir pedaqoqdur. O öz şagirdləri arasında, bəzən məktəbdə də müsabiqələr düzənləyir. Və bələliklə də, uşaqların ana dilinə sevgisini artırmağa çalışır. Ailəsində gözəl ev qadını, gözəl həyat yoldaşı,və mehriban qayğıkəş ana olan Nazilə müəllimə hələ də axtarışdadır, hələ də böyük arzularının tamamlanmadığını söyləyir. Məktəbdə kolleqaları arasında, öz sevgisini qazanan Nazilə müəllimə, özünü məktəb uşaqlarına da sevdirə bilib.
Belə yerdə xalq şairi Bəxtiyar Vahabzadə demişdir: «Mən özümdən, ona görə razıyam ki. Çünki, özümdən narazıyam. Bu cür öz işinə, canı kimi yanaşan, özü kimi işini sevən xanımlarımızı görəndə. Adamın içi fərəhlə dolur və qürur hissi keçirir». Nazilə müəllimə, şagirdlərinə də öz övladları kimi doğmacasına yanaşır o deyir ki, məktəbə gələn hər bir uşaq bizim övladımızdır. Valideynlər övladlarını məktəbə göndərəndə, onları bizə biz müəllimlərə etibar edirlər. Bizim də borcumuz, onlara həm bilik öyrətmək həm də onları, göz bəbəyimiz kimi qorumağdır. Çünki onlar böyüyüb, hər biri Vətənimiz üçün bir ziyalı kimi yetişməlidir. Bu məktəbi bitirən hər biŕ uşaqın uğuru da, biz müəllimlərin uğuru və baş ucalığıdır. Həm ana, həm evdar qadın,həm də işinə cavabdehliklə yanaşan, dəyərlimiz Nazilə Abdulla qızını Babayevaya həm bütün gördüyü işlərdə, həm də gələcək planlarında da uğurlar diləyirik.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *