DƏRBƏND QƏZETİ, ŞƏHƏR MƏKTƏBLƏRİNİN QONAĞI OLUB

Bu günlərdə, «DƏRBƏND» respublika qəzetinin baş redaktoru Tərlan Qəhrəman oğlu Ələkpərov, qəzetin əməkdaşı Ayna Məmmədova və Dərbənd şəhər Şöhrət ordeni muzeyinin əməkdaşı Gülpəri Şaban qızı Mirzebalayeva Dərbənd şəhər 4 nömrəli orta məktəbdə və 6 nömrəli internat -məktəbində qonağ olublar. Rusiya Federasiyasının Mətbuat günü münasibəti ilə, Dərbənd şəhər mərkəzi kitabxanada qeyd olunmuş tədbirdə. Adları çəkilən məktəblərin ana dili müəllimləri və şagirdləri fəal iştirak etdiklərinə görə. «Dərbənd» qəzetin baş redaktoru Tərlan Qəhrəman oğlu, müəllimləri və şagirdləri öz adından və kollektivin adından Təşəkkürnamə və diplomla tərtif edib. Qəzetin əməkdaşları ilk öncə, Dərbənd şəhər 6 nömrəli internat məktəbini ziyarət ediblər. Məktəbdə müəllim kollektivi qonağları çox gözəl qarşılayıblar. Tərlan Ələkpərov ana dili və ədəbiyyat müəllimi Əlibəyova Samayə Sadiq qızına gül dəstəsi və Təşəkkürnamə ilə, şagirdləri Heydərova Ruziyə və Hüseynov Hüseyni diplomlarla tərtif edib. Sonra qəzetin əməkdaşları, Dərbənd şəhər 4 nömrəli orta məktəbinə gedərək məktəbin ana dili və ədəbiyyat müəllimi Səlimə Əlibala qızın İsayevaya gül dəstəsi və Təşəkkürnamə ilə, şagirdləri Hörmət Hüseynovaya, Əminə Mərdanovaya və Mədinə Cəfərovaya diplomlarla tərtif edib. Hər iki məktəbin müəllimləri və şagirdlərinə, onların fəal iştirakı və ana dilində söylədikləri şeirlərə görə təşəkkür edərək, onlara öz dilini daha möhkəm mənimsəmələrini arzu edib. Gülpəri Şaban qızı Mirzebalayeva da, öz çıxışlarında. ana dillərini qoruyan və şagirdlərə də dilimizi sevdirən müəllimlərə təşəkkür edərik. Tərtif olunan müəllimləri və şagirdləri təbrik edirik.
G. Babayeva

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *