Müəllım yüksək addır

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir…
Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

Sizə1973- cü il 23 avqustda Dərbənd şəhərində anadan olmuş müəllimə Cəfərova Esmira Laçınovnadan danışmaq isteyirəm. O,Derbənd şəhərində 3 saylı orta məktəbi layigincə bitirmiş və 1991- ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra vətənə dönür və möhtəşəm peşə — müəllimliyə başlayır. Esmira Laçınovna müəllimliyini 8 sayli orta məktəbdə davam edir. Bu peşəkar müəllim əvəz olunmaz müəllimlər sırasına aiddir. Çünkü o, şagirdlərinə çox əmək verir. Esmira müəllimə bir çox olimpiyadalarda iştirak edir və Derbənd şəhərinin adını yüksəldir. Onun şagirdləri ona boyük sevgi və hörmət bəsləyir. Hər kəs müəllim ola bilər, amma peşəkar olmaq hər müəllimə xas deyil. Bəhs etdiyim Esmira müəllimə öz savadı və uğurları ilə bu peşədə öz sözünü deyib. Bu məqamda Həzrəti Əliyə məxsus «Mənə bir hərf öyrədənin köləsi olaram» kəliməsini yadımıza salaq. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Insan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngüliəşdirmişlər.

Bu günlərdə  Esmira Laçınovna açıq dərs keşirmişdir. Açıq Dərsdə şagirdlər dahi və gözəl şair  Bəxtiyar Vəhabzadənin “Azərbaycan” şerini təhlilini etmişlər. Tədbirdə şagirdlərlə müəllmə arsında böyük hörmət çox ürək açıcı idi. Şagirdlərin şerləri mükəmməl bilməsi, anadilinə meyl görsətməkləri məhz Esmira müəllimənin əməyidir. Tədbirin böyük maraqla seyri də gözümdən qaçmadı, açıq dərsə müəllimin qoyduğu güc, sərf etdiyi vaxt açıq-aydın görünürdü. Burada gördüklərimdən nə qədər yazsam da azdır.

Şagirdlərin aktivliyi, biliyi valeh edici idi. Dərsdə hər kəs o qədər sərbəst idilər ki, onlara baxdıqca zövg alirdı hər kəs. Əlbəttə, bütün bu uğurların arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhməti dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, onu həmişə xoş duyğularla yada salır.
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir. Məhz müəllim doğma Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də 8 saylı orta məktəbin müəllimi Esmira Laçınovla ilə qürur duyuram və təşəkkürümü bildirirəm.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərinə görə həmişə onlara minnətdarıq.

Quliyeva S.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *