RÜKƏLİN MƏRD OĞLU VƏ BAŞ UCALIĞI ABDULLA MƏHYƏTDİN OĞLU

Dağıstan öz vüqarlı dağları, cana məlhəm havası. Şağrağ qaynayıb axan dağ çayları, büllur gözlü əvəzsiz bulağları ilə tanınır. Bəlkə də Dağıstanın övladları, onun bu əsrarəngiz gözəlliyindən güc alaraq, əzəmətindən ruhlanaraq , bu gözəl diyarın adını ucaldırlar. Gözəl və dağ vüqarlı Dağıstanımızın adını, hər sahədə ucaldan övladları var. Sizlərə bu dəfə təqdim edəcəyim şəxs, Dərbənd rayonunun ucqar Rükəl kəndində. Ziyalı bir ailədə göz açan, Abdulla Məhyətdin oğlu İbrahimxəlilovdur. Abdulla 1974 cü il, avqust ayının 28 də. Gözəlliyi və cana dərman təbiəti ilə göz oxşayan Rükəl kəndində. Tərbiyəsi, zəkası və insanlığı ilə tanınan, sevilən bir müəllomin. Məhyətdin Qurban oğlu İbrahimxəlilovun ailəsində dünyaya göz açıb. Abdullagil 6 qardaş 2 bacı olublar. Atası özü əlaçı müəllim olduğuna görə , övladlarını da elə tərbiyə etmişdi. Abdulla və qardaşları, heç vaxt çöldə uşağlar ilə oynamağ üçün , dərslərindən yayınmazdılar. Həmişə dərs öndə dururdu. Hər il məktəbdə son zəng günü, Məhyətdin müəllim və onun övladları fəxri fərmanlarla tərtif olunurdular. Və nəhayət 1980- ci ildə, ilk qədəmlərini məktəbə qoyan Abdulla. 1991- il Rükəl kənd orta məktəbi gümüş medalla bitirib Moskvaya yola düşür. A İ Evdakimov adına Moskva Dövlət Tibbi Stomatoloji Universitetinə, diş həkimi fakultəsinə daxıl olur.
Bələliklə də 1996- ci il Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra. Həmin Universitetin bazasında, klinik ordinaturasında öz təhsilini davam etdirib. Abdulla bu fakultəni də, qırmızı diplomla bitidrr. Abdulla öz uşaqlığ arzularına ilk addımlarını atırdı. O Gipokrata, bu müqəddəs yolda düzgünlüklə addımlayacağına and içir. Abdulla həkimliyi qəbul etmədən öncə. Öz Valideynləri ilə məsləhətləşir, onların xeyir duasını alır. O həmişə deyirdi, elə indidə deyir ki. Valideyn xeyir duasını almayan övlad, işində uğur qazana bilməz. Həkimlik müqəddəs sənətdir, insanlar həkimlərə öz canlarını inanaraq həvaləedirlər. Hər bir sahədə olan həkim, hər şeydən öncə insanların sağlamlığını düşünməlidir. Abdulla da ona müraciyət edən insanların, ona qarşı olan inamını doğrultmağa çalışır. İndi o hal hazırda Moskva şəhərində diş klinikalarının birində, baş həkim vəzifəsində çalışır. Abdulla uşaqlığdan elə öz sakit xarakteri ilə, ailədə və uşaqlar arasında seçilirdi. O hətda boş vaxtlarında belə, kitab oxumağla məşqul olurdu. Onun arzusu həkim olmaq idiı, bu arzuya da o, öz zəhməti və əziyyəti ilə nail oldu. O elə indinin özündə də kitab oxuyur, bir sözlə bu insan elm dəryasının axtarıcısıdır və hələ də axtarışdadır. Abdulla yanına gələn hər bir insanın xarakterinə uyğun rəftar edir, həmişə xəstələrə mülayimcə davranır. Yaşlı insanlarla daha mülayim olur, o deyir. Mən Atamla Anamla necə rəftar edirəmsə, onlarla da elə rəftar edirəm. Çünki, yaşlı insanların qayğıya və nəvazişə ehdiyacı olur. Onlar kövrək və qəlbi incə olurlar, mən də yaşlanacam, özümü bir anlıq onların yerinə qoyuram. O öz sənətini sevə sevə icra edir, nümunəvi bir insandır Abdulla. Ailəlidir, 3 övladı var. Böyük oğlu Ruslan atasının yolunu davam edir, o da atasının oxuduğu Universitetdə diş həkimi fakultesində təhsil alır. Ailədə övladlarını da, Valideynləri onları tərbiyə etdiyi kimi edir. Deyirlər, Ot kökü üstə bitər. Anası öz biliyi və insanlığı ilə seçildiyi kimi, oğlu da həm vəzifəsində həm də insanlığda seçilir. Öz kollegaları arasında, özünə hörmət və rəğbət qazanan bu insan. Öz doğmalarına və ailəsinə də baş ucalığı gətirir. Abdulla Məhyətdin oğlu İbrahimxəlilov.
Rükəl kəndinin başını ucaldan, kəndin bir çox sayılıb seçilən övladları sırasına. Öz adını böyük hərflərlə yazmağı bacarıb. Rükəl kəndi, hər sahədə onu tanıdan övladları ilə tanınır. Bu həm Dağıstanımız üçün, həm rayon üçün. Həm də dağ başında bir Qala kimi məğrur dayanan Rükəl kəndi üçün baş ucalığıdır. Bu müqədfəs həkimlik yolunda,
Abdulla Məhyətdin oğlu İbrahimxəlilova. Bütün gördüyü və görəcəyi işlərdə, uğurlar diləyirik.

A Məmmədova.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *