DƏRBƏND ŞƏHƏR HƏRBİ ŞÖHRƏT MUZEYİNDƏ, DMSSRİN 100 İLLİYİNƏ TƏDBİR KEÇİRİLDİ

Dağıstan Respublikası görünüşcə kiçik, amma əzəmətcə böyük bir diyardır. Özündə 36 milləti birləşdirən bu Respublika, öz başı qarlı dağları, dağ çayları. Şəlalələri və göz oxşayan meşələri. Onun gücünə güc qatan igidləri və cəngavərləri. Habələ şair və alimləri, müəllim və həkimləri. hər sahədə öz işini möhtəşəm bilən insanları, onun adını daima ucaldan və onunla nəfəs alan övladları. Hətda, yaşı 2000 i keçmiş Xan çinarı ilə dünyaya tanınmağdadır. Bu il, bu sadaladığca gözəllikləri bitməyən, təbiəti göz oxşayan, xəstəyə havası və suyu ilə can verən. Özü kiçik, amma adı və əzəməti böyük Respublikanın yaranmasının 100 yaşı tamam olur. Bu minvalla, Respublikanın hər bölgəsində, ucqar kənd və qəsəbələrində. Məktəb və digər müəssisələrində bayram qeyd olunur. Bizim qədim və ulu şəhərimiz Dərbənd də, bu bayrama xüsusi rəng qatır. Onun Ali məktəbləri, orta məktəbləri. Muzeyləri və kitabxanaları, özünəməxsus bayram tədbirləri keçirir. Bu günlərdə, Dərbənd şəhər Hərbi Şöhrət Muzeyində. Dərənd mərkəzləşdirilmiş kitabxana sisteminin 1 ci filialının işçiləri və Dərbənd şəhər 17 nömrəli orta məktəbi kollektinin birgə hazırladığı, Dağıstan Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən uşaqların, öz doğma Vətəninə böyük sevgi ilə yanaşmasını görməmək mümkün deyildi. Onların, yerli şairlərin Dağıstana həsr etdikləri şeirləri və mahnıları necə sevə sevə söylədiklərini və ifalarını gördükcə. İnsan daha da coşa gəlir və qürurlanırdı. Onların Dağıstan Xalqlarının milli geyimlərindəki, bu möhtəşəm çıxışları. Adamı 100 il, 1000 il əvvələ aparırdı. Tədbirin sonunda, kitabxana işçisi Esmira Minətullayevna Mürsəlova. Tədbirə dəvət olunan, Dərbəndin tanınmış şairi. Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvü, nəğməkar şair və müğənni Zeynəb Dərbəndliyə söz verdi. Esmira xanım, Zeynəb xanımı bu tədbirə xüsusi dəvət etdiyini vurğuladı. O dediki, Zeynəb Dərbəndli Dağıstana və Dərbəndə həsr etdiyi şeirləri ilə, öz sözünü demiş bir ziyalıdır. Bütün tədbir iştirakçılarına şairi təğdim etdi. Zeynəb Dərbəndlinin öz sözlərinə, Bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi Göz bəbəyim Dağıstanım mahnısının sözlərini şeir kimi söyləməsi və şairənin möhtəşəm çıxışıhər kəsi heyran etdi. Tədbirin gözəlliyinə bir az da gözəllik qatdı. Sonda muzeyin Direktoru Alik Qasımoviç Qasımov, bütün qonağlara minnətdarlığını bildirərək, tədbirdə çıxış edən uşaqları təbrik etdi. Muzeyin işçisi, hamının sevimlisi Gülpəri Şabanovna Mirzebalateva da. Bütün qonağlara vəiştirakçılara, möhtəşəm tədbir üçün təbrik və təşəkkür etdi.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *