DAĞLI YURDUM DAĞISTANIM

Dağıstanımızın nəiki kəndləri, hətda şəhərləri də dağ havalıdır. Dağlarında min illərin açılmamış sirləri, oxunmamış kitabələri var. Hər dağın, öz əfsanəsi və mənası var. Varaqladığca sirləri ilmə ilmə, damla damla tökülür. Hər kəndinin bir dastanlığ keçmişi və sətir sətir oxunmalı, kitablar tutmayan nağılları var. Dağıstan deyəndə, onun Şalbuz dağı göz önündə canlanır. Hər ilin iyul avqust aylarında, insanlar bu yerləri ziyarət edirlər. Əvvəllər bu dağa insanlar at üstünə yüklərini yerləşdirib, özləri piyada qalxardılar. İndi isə, dağın yarıdan az hissəsinə kimi maşınlar qalxır. Dağın taa hündürlüyündə Məscib tikiblər, adam bu möcüzələrə baxanda fikirləşir. Görəsən bu qədər əşyanı camaat necə bura gətirib? Ən maraqlısı da odur ki, oranın ətraf kəndləri. Xüsusən də Misgəncə kəndinin sakinləri, uşaqdan tutmuş böyüyə kimi. Bu dağlara qaça qaça piyada qalxırdılar, oranın insanları üçün o yollar şəhər sakinləri üçün asvaltdan rahatdır. Nə yorulmaq bilirlər, nə dincəlmək istəyirlər. Şalbuz dağına məsciddən yuxarı piyada 7 dağ yuxarı gedirsən, Şalbuz dağa çathaçatda. Əl ilə soyuna toxunmaq olmayan, suyunu qurtumla içmək olmayan. Suyunun saflığından, dibinin daşlarını bir bir saymaq olan Zümzüm gölü var. Bu gölə əl sala bilməzsən, o qədər soyuq və don vurmuş kimidir ki gəl görəsən. Həmin sudan, dağın maşınla qalxan hissəsinə, yəni o güldən aşağı hissəsinə bulağlar tikilib çəkilib. Həmin hissədə, artıq böyük yeməkxanalar, yataqxanalar tikilib. Bir sözlə, dağda kiçik bir yay fəslini keçirmək üçün kənd salınır. Bu kəndə gələn hər kəs, bu kəndin doğma sakini olur. Böyük qazanlar, samavarlar. Bu kiçik kəndə qaz, işığ da çəkilib. Dağın lap hündürlüyündən baxanda, Dağıstanımız bütün gözəlliklərinin bu yerdən canlandığını görürsən. Kimi bura qoyun gətirir kəsir, nəzir paylıyır. Kimi şirniyat gətirib nəzir palyıyır. Kimi də, ora gələn hər kəsə qulluq edərək, yemək bişirir, çay qaynadır. Bir sözlə bu yerdə hamı, birbirinə doğmadır. Eyni Dağıstanda yaşayan 36 dildə danışan millətlər kimi. Əsil doğmalığ, birlik bizi müqəddəs Dağıstanımızdadır. DMSSRin 100 illiyini bu il qeyd ediril, amma Dağlı yurdum Dağıstanımın yaşı min illəri ötür. Dağıstanım minbir gözəlliyinin içindən seçib, sizlərə müqədfəs Şalbuz dağından qısa olaraq yazdım. Bütün Dağıstanlılara və Dağıstan sevənlərə, Allahdan sağlam və mənalı ömür arzu edirəm.

M Seyidov.