TABASARAN RAYONUNDA VƏTƏNDƏN KƏNARDA VƏZİFƏ BORCUNU YERİNƏ YETİRƏN RUSİYALILARIN XATİRƏ GÜNÜ GEYD EDİLİB

Fevralın 15 — də Tabassaran rayonunda Vətəndən kənarda xidməti borcunu yerinə yetirən rusiyalıların Xatirə Günü təntənəli şəkildə qeyd edilib.

Bayram süfrəsi arxasında əfqan müharibəsindən keçmiş Beynəlmiləlçi döyüşçülər, bəzi başqa lokal müharibələr iştirakçıları toplaşmışdır. Rayonda Əfqanıstan müharibəsi iştirakçılarının sayı 55 nəfərdir. Təbrik çıxışında Tabassaran rayonunun başçısı Məhəmməd Qurbanov vurğuladı ki,, bu cür tədbirlər gənclərin, , yuxarı sinif şagirdlərin iştirakı ilə həyata keçirilməlidir. Onun sözlərinə görə, bugünkü tədbirin qəhrəmanları Vətənin milli maraqlarını müdafiə edən insanlardır və şübhəsiz ki, təqlid üçün nümunə olmalıdırlar.

Çıxış edənlər əfqan müharibəsində Tabasaranın bir çox şanlı övladlarının öz şücaətliyini göstərdiklərini bildiriblər. İndiki dövrdə də Tabassaran xalqının oğlu general-leytenant Rüstəm Muradov Dağlıq Qarabağda Rusiya sülhməramlılarına başçılıq edir. Belə qəhrəmanlar öz vətənlərinə xidmət nümunəsi olan yüksək məsuliyyətli və möhkəm xarakterli insanlardır.

Tədbirin təşkilatçıları Vətən müdafiyəçilərinə can sağlığı, ailə xoşbəxtliyi və dinc səma arzuladılar.

Q. Ömərov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *