BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN QOYDUĞU İZLƏR

Böyük VƏTƏN müharibəsində, şimali Qafqazın hər bölgəsindən də iqid oğullarımız, qızlarımız gedir. Arxa cəbhədə olanlar da, ön cəbhədə olduğu kimi vətənin qələbəsi naminə əllərindən gələni əsirgəməyiblər. Qafqaz bu müharibədə bir çox övladını itirir, bir çoxu da yaralı olaraq müharibə bitdikdən sonra hospitallardan evlərinə dönür, bir çoxu da itgin düşür.
Belə eloğlumuzun biri də Cəbrayıl Aslan oğlu Aslanovdur. O 1922 — ci ildə Dağıstan Respublikasının Dərbənd rayonunun Muğartı kəndində dünyaya göz açır. Uşaqlıqı da cəld və cəsur olan bu insan, elə məktəb illərində də heç nədən qorxmazdı. 1941- ci il Böyük VƏTƏN müharibəsi başlanandan, Cəbrayılda rayonun bir çox gəncləri kimi hərbi komisarlığa gedib müharibəyə yazılır. Və doğmaları ilə sağollaşıb yola düşür. 1942 — ci il Stalingraddan Kerçə kimi odlu alovlu döyüşlərdə irəli gedən Cəbrayıl, Kerçdə gedən döyüşlərdə, bir çox igidlik göstərir və ağır yaralanır. Onu Soçi hərbi hospitalında mualicə edirlər, yaraları sağalan kimi Cəbrayıl yenidən cəbhəyə qayıdır. Cəbrayıl Aslanov elə adı kimi igid olur, o döyüşlərin od alovlu hissələrinə qorxmadan gedirdi. Cəbrayılın bu igidliyini görən hərbi rəhbərlik, ona döyüşdə cəsurluğuna görə medal və ordenlərlə tərtif edir. Hətda onun bir neçə medalını, o yaralı olarkən ondan o xəbərsiz döyüş yoldaşları alıblar. O bütün bunlara baxmayaraq, mən VƏTƏN üçün ölməyə gəlmişəm deyə irəli gedən orduda gedirdi. Neçə dəfələrlə yüngül yara alsa da, yarasını sarıyıb döyüşə davam edib. Öz döyüş yoldaşları ilə qardaş kimi idi, ona görə onun yaralı zamanlarında Cəbrayılı tək qoymayıblar. Necəki özü onlara görə canından keçməyə hazır idi. O, bütün müharibə boyu olan döyüşlərdə igidlik göstərir, Polşaya qədər vuruşub. Berlin şəhərinə girə bilmədən, 1945 — ci il ağır yaralanır. Cəbrayıl Aslanovu cox ağır yaralanıb döyüş yoldaşları hələ biliblər ki, o ölüb amma yenə də onu, meydanda o vəziyyətdə qoyub getməyiblər. Düz bir il hərbi hospitalda yatır. 1946- cı ildə, Cəbayıl Aslan oğlu Aslanov evinə geri qayıdır. Cəbrayıl puleymotci idi, Cəbrayılın xatirələrində hər bir yarası, onun şərəfli ad idi. Cəbrayıl Aslanov evə qayıdanda, artıq müharibə bitmişdi. O, bir il hospitalda qalsada, onu sevindirən VƏTƏNi alman faşistlərindən təmizləndiyi idi. Cəbrayıl Aslanovun 5 il müharibədə yaşadığı yara, aclıq, dəhşət onun gözündə artıq heçnə idi. Ən önəmlisi isə, biz «QƏLƏBƏ» çalmışdıq.

A Məmmədova.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *