MÜHARİBƏ QƏHRƏMANLARINI HEÇ VAXT UNATMAYACAĞIQ

Bəli, Böyük Vətən müharibəsi qəhrəmanlarını heç vaxt unutmayacaq, Vətənimizi faşizimdən azad, bizə gözəl həyat, qayğısız uşaqlıq bəxş edən ulu babalarımızı həmişə xatırlayacağıq. 1941-1945 müharibəsinin toxunmadığı bir ailə qalmadı. Ailə arxivləri — saralmış, köhnəlmiş, əzik-üzük şəkillər, qəzet parçaları, orden və medallar göz bəbəyi kimi qorunaraq nəsildən nəslə ötürülür. Lakin dünyasını dəyişənlər Vətən uğrunda qəhrəmancasına vuruşaraq döyüş meydanlarında qalanların ruhu isə canlıdır və əbədi yaşayacaqdır. Müharibə hamının ürəyinə sağalmaz yara vurdu. Mənim nənəmin iki dayısı-Cəbrayıl və Mikayıl Cəbrayılovlarda könüllü olaraq müharibəyə getmiş və qayıtmamışdılar…
Mən 15 saylı OÜM-də çalışdığım zamanlarda hər il 9 May Qələbə Günü ərəfəsində iştirakçılarının evinə gedir, çay süfrəsi arxasında söhbətimizi davam etdirirdik. Belələrindən biridə bütün məktəbin sevimlisi Xorolets Yakov İqnatyeviç idi. O böyük həvəslə keçdiyi döyüş yollarından danışır, üzünü ona diqqətlə qulaq asan şagirdlərə tutub deyirdi:- Əziz uşaqlar mən 7 sinif oxumuşam. Kitab-dəftər tapılmırdı, hər validiyin də dərs ləvazimatı ala bilmirdi. Amma buna baxmayaraq, hətta lampa işığında da oxuyurduq. İndi çox gözəl dövrdür. Sizin əla təhsil almağınız üçün hər cür şərait vardır. Oxuyun, biloklər aləminə səyahət edin bu zaman həm ata-ananız, həm də məktəbiniz sizlərlə fəxr edər. Xorolets döyüş xatirələrindən elə coşqunluqla danışırdş ki, sanki adam özünü onun iştirak etdiyi dölüşlərdə hiss edirdi. Müharibənin dəhşətlərini yaşayan, onun odundan-alovundan keçən bu insan cəbhədəki hər bir hadisəni yana-yana, gözləri yaşarmış halda nəql edirdi. O 1923-cü il aprelin 29-da Donetski vilayətinin Novaya Polrava kəndində anadan olub. 1943-cü ilin aprelində cəbhəyə çağırış vərəqəsi alır və 57-ci qvardiya atıcı alayının tərkibində döyüşür. Aftomatçı Xorolets ilk hərdi mükafatını- “Cəsarətə görə” medalını 1944-cü ilin yanvarında Ukraynada, Dnepropetrovski yaxınlığında döyüşlərə görə aldı. Alayın tərkibində Ukraynanı, Polşanı azad etdi və tezliklə komandir təyin edildi. 1944-cü il avqustun 1-də döyüşçü qrupu ilə Visla çayını keçdi, əsgərlərlə birlikdə qəfildən hücuma keçdi, özü tək başına düşmənin 20-yə yaxın əsgərini öldürdü. Bu döyüşdən sonra üçüncü dərəcəli “Şöhrət” ordenilə təltif edildi.
1945-ci il fevralın 6-da Oderdə keçirilən döyüş əməliyyatlarında kiçik serjant yaralanmış komandiri əvəz etdi. Əsgərlər onun rəhbərliyi altında düşmənin bir neçə hücumunu dəf etdilər. Bu döyüşə görə 2-ci dərəcəli “Şöhrət” ordeninə layıq görüldü.
Xorolets məharətlə və qətiyyətlə 22-23 mart tarixlərdəki döyüşlərdə iştirak etdi. Altukiband döyüşündə düşmənin 13 əsgərini məhv etdi və birinci dərəcəli “Şöhrət” ordeni mükafatına namizəd oldu. 26 mart 1945-ci il tarixli 8-ci Qvardiya Qoşunları Ordusunun əmrilə kiçik serjant Yakov İqnatyeviç 2-ci dərəcəli “Şöhrət” ordenilə təltif edildi. Cəsur qvardiyaçı son döyüşünü mayın 2-nə keçən gecə Berlinin küçələrində keçirdi. Onlar faşistlərlə dolu evi azad edərək düşmənin bir taqımını məhv etdilər, 10 ədəb pulyemyotunu və faust patron ambarını ələ keçirdilər. Bu döyüşə görə Xorolets ikinci dərəcəli BVM-si ordenini aldı. SSRİ Ali Soveti Rəyasət heyyətinin 31 may 1945-ci il tarixli fərmanı ilə Xorolets 1-ci dərəcəli “Şöhrət” ordenilə təltif olunaraq “Şöhrət” ordenin tam sahibi oldu. 1945-ci ilin oktyabrında Y.İ.Xorolets aldığı yaralara görə tərxis edilir, müharibədən əvvəl işlədiyi doğma fabriknə qayıdır.
1954-cü ildə Dərbənd şəhərinə köçür və burada yaşamağa və işləməyə başlayır. Vicdanlı əməliyə görə “Şərəf nişanı” ordenilə təltif edilir.
2007-ci il sentyabrın 19-da dünyasını dəyişən igid qəhrəman şəhərimizin hərbi qəbristanlığında dəfn edilib. Şəhərimizin küçələrindən biri Dərbəndin fəxri vətəndaşı Yakov İqnatyeviç Xoroletsin adını daşıyır və elə həmin küçədə də gəhrəman döyüşçünün memorial lövhəsi açılıb. Həqiqətən də gəhrəmanlar ölmür, onların unufulmaz xatirədi insanların hafizəsində əbədi həkk olunur və daima onların qəlbində yayayır.
AMALİYA AĞAKİŞİYEVA

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *