MÜHARİBƏNİN ADSIZ QURBANLARI

Böyük VƏTƏN müharibəsi, SSRinin hər bir ailəsində yara qoydu. Analar oğulsuz, bacılar qardaşsız. Gəlinlər yarsız, balalar atasız qaldı. Müharibə şiddətlə gedirdi, kəndlərimiz, şəhərlərimiz alman faşizminin gülləsi altında idi. VƏTƏNin hər yerindən olduğu kimi, Dağıstan Respublikasının da igid oğulları qızları. VƏTƏNin bu gününə biganə qala bilmədi, axı söz onların doğulduğu vətəndən gedirdi. Mən bugün sizlərə, müharibədə iştirak edən hansısa bir qəhrəmandan deyil. Ümumi VƏTƏN yolunda gedən müharibədə canından keçən ata və analarımızdan. Bacı və qardaşlarımızdan yazmaq istədim. Qışın şaxtalı gecələrində, sıx meşəliklərdə düşmənin hər bir pusqusunu poza bilən partizanlarımız, əsgərlərimiz. Hansı ki, əlləri ayaqları donarkən mən vətənçün burdayam deyərək. Ürəyindəki böyük arzularlar donmuş əl ayağını isidən cavanlarımızdan yazmaq istədim. Onlar bir deyil, beş deyil onlar milyondur. Vətən yolunda canını qurban verən hər biri, bizin atamız qardaşımız, anamız bacımızdır. Biz bugün onların sayəsində bu həyatı yaşayırıq, onlar olmasa idi biz də olmazdıq. Kimlər geri döndü, kimlər itgin düşdü. Kimlərin heç xatırlanacaq məzarı da olmadı. Bəlkə də onların arasında elə qəhrəmanlar olubki, onlar elə canını vətən üçün verib bugün isə heç yada düşmürlər. Bax bunların xatirəsini bugün yad etmək, hər birimizin övladlıq borcumuzdur. Mən Böyük VƏTƏN müharibəsində canından, qanından keçən. Bütün insanların ruhu qarşısında baş əyirəm.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *