DÜNYANIN ƏN ZƏRİF VƏ GÜCLİ VARLIĞI QADINLAR, 8 MART BAYRAMINIZ MÜBARƏK

Qız dünyaya gələndə sanki o evə nur çilənir, qızın ayağı qızıl olur deyirlər. Qız ilk öncə övladdır, bacıdır, yardır. Anadır, nənədir. Bütün bu gözəlikləri özündə birləşdirən, adı zərif özü güclü bir varlıqdır qız. Öz evinin xanımı, qulluqçusu, dayəsi. Bir sözlə, qız dünyanın nur işığıdır. Qız böyüyüb ailə qurur, ana olur. Övladını sevə-sevə böyüdür. Onun nazı ilə oynayır, ailənin təməlini möhkəmləndirən də elə qadınlardır. O qadınlar ki, həm evdə həm də işdə çalışıb ailəsinin və övladlarının gələcəyi üçün dinclik nədir bilmir. Övladını yuxusuz qalıb böyüdür, onun şad gününü arzularla gözləyir. Qadın böyük qüvvədir, o öz ailəsinin dirəyidir. Belə mərd, igid qadınlar Dərbəndimizdə də az deyil. Həkim, müəllim. Şair, alim. Jurnalist, fəhlə. Aktyor, kitabxanaçı. Dövlət işçisi, mədəniyyət işçisi. Hətda sürücü, bənna. Qadınlar hər sahədə öz igidlikləri ilə iz qoyublar. Taa qədim zamanlarda belə, qadınlar həyat yoldaşları ilə bərabər xış sürərdilər, əkin əkərdilər. Xalça, corab toxuyardılar. Kənd yerində yaşayan analarımız, inəy sağıb yağ, pendir hazırlayardılar. Çiyinlərinə səhəng alıb bulağa su üçün gedərdilər. Kolxozda pamidor sahəsində, üzüm bağlarında kişilərlə bərabər çalışardılar. Səhər kolxozda işləyib, axşam evə gəlib təndirdə çörək bişirərdilə. Elə indinin özündə də, belə qadınlarımız az deyil. Alim dediyimiz də Gülçöhrə Nadırovna Seyidova, həkim dediyimizdə Elvira Ağayeva. Şair dediyimizdə Zeynəb Dərbəndli, müəllim dediyimizdə Samayə Sadiqovna Əlibəyova, Səlimə İsayeva. Kitabxanaçı dediyimizdə Diana Hafizovna Əliyeva, Nazəndə Guliyeva. Dövlət işçisi deyəndə Gülpəri Şabanovna Mirzebalayeva, Susanna Həmidovna. Jurnalist dediyimizdə Ayna Haşimovna Məmmədova, Naidə Əlisəldarovna Başirova. Aktyor deyəndə Rəhilə Ömərova, Bənövşə Əhmədova. Mədəniyyət işçisi deyəndə Samilə Siracətdinovna Nəcəfova. Səkinə Hüseynovna Seyidova. Bu sadaladıqlarım belə qadınların çox az sayıdır, bu cür cəsur və mərd qadınlarımızı saymaqla bitmir. Çünki hər dövrün öz qəhrəmanları var, o qəhrəmanlar ki, onlardan gələcək nəsil ibrət almalıdır. Mən bugün sizlərə, əbəs yerə söhbət açmadım. Analarımızın əziyyətini heç vaxt danmamalıyıq, unutmamalıyıq. Çünki, onların əziyyəti üzərimizdə böyükdür. Analarımıza nə qədər qulluq etsək, gözəl və xoş sözlər desək. Onların haqqında nə qədər dastanlar yazsaq, yenə də onların haqqını ödəyə bilməyəcəyik. Onlar bizə, öz həyatlarını heçə sayıb ömür bəxş ediblər. Analar bitib tükənməyən bir ümmandır, sonu görünməyən bir dünyadır. Qarşıdan 8 mart müqəddəs anaların bayramı gəkir, Əslində ilin 365 günü analarımızındır, biz onları hər gün sevib əzizləməliyik. Amma bu bayramda isə xüsusi dəyər verməliyik, çünki ana qocağı dünyanın ən isti yeridir. Anaya nə qədər hörmət etsək yenə azdır, çünki biz analarımızın bir gecə yuxusuz qalıb bizə qulluq etmələrinin borcunu ödəyə bilmərik. Ananın bir damla südünün haqqını verə bilmərik. Bu yerdə şairə qızımız Zeynəb Dərbəndli deyir.

Beşiyimiz başında laylay çalırsız,
Bəzən də sübhəcən, oyaq qalırsız,
Həyat gücünüzü bizdən alırsız,
Bizi bir baxışla duyan analar.

Həqiqətən də, bizi bir baxışla duyur analarımız. Bizim ağrımızı da, dərdimizi də öz canında çəkir onlar. Bütün anaların qarşısında, hörmətlə baş əyərək. Və bütün anaları qarşıdan gələn 8 mart, beynəlxalq qadınlar günü münasibətiylə. Səmimi qəlbdən təbrik edirik, onlara dünyanın ən şirin neyməti olan can sağlığı arzu edirik. Dünyasını dəyişmiş analarımızın ruhuna rəhmət diləyirik, ruhları qarşısında baş əyirik. Həyatda qalan analarımıza, uzun və mənalı ömür üzlərində sevinc dolu təbəssün arzu edirik. Əziz analarımız, bacılarımız. Bayramınız mübarək.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *