Sərgi keçirildi

5-7 mart tarixində Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, Rasul Həmzətov adına Milli Kitabxananın salonunda. Kubaçı-gümüşü ustalarından ibarət. Xalq sənətkarlarının sərgi-yarmarkası keçirildi. Sərgidə 60-dan çox usta zərgərin iştirakı ilə, təşkil olunmuşdur. Sərginin təşkilatçısı Dağıstan hökuməti rəhbərliyi və Daxadayev rayonu rəhbərliyinin, «Kubaçi-Tur» turizm agentliyinin dəstəyi ilə keçirilmişdir. Dağıstan Respublikasının Turizm və Xalq Sənəti Nazirliyi idi.
Sərgi yarmarkasında müəllif əsərləri nümayiş olunmuşdur: Gümüş və qızıldan ibarət Dağıstan qadınına məxsus zinət əşyaları və qabları nümayiş olundu. Ənənəvi Kubaçi gümüş məmulatları və digər ev əşyaları Milli Kitabxananın sərgi salonunu, Kubaçi sənətinin mərkəzinə çevrilmişdi və burada ən məşhur ustalar tərəfindən xüsusi və müəllif məhsullarını seçərək satın almaq da mümkün idi. Kubaçi gümüşü sərgi yarmarkası, bədii ənənələri, Kubaçi sənətkarlığının inkişaf istiqamətlərini və ümumiyyətlə Dağıstan zərgərlik istehsalını əks etdirən parlaq, genişmiqyaslı və nüfuzlu bir sərgi tədbiri idi. Sərgi yarmarkası çərçivəsində Kubaçi kəndinin turizm potensialı təqdim edilmişdir. Sərgi yarmarkasının proqramına Kubaçi sənət məhsullarının gümüşdən ibarət istehsalı, ənənəvi Kubaçi şallarının «Kaz» bəzək dizaynı, ənənəvi corabların toxunması və sair məhsullar üzrə ustad dərsləri daxildir. Tədbir Daxadayev, Qaytaq və Akuşа rayonlarından folklor qruplarının konserti; sərgi iştirakçılarının təqdimatları; xalq sənətkarlığı və Dağıstanın turizm potensialından bəhs edən filmlərin nümayişi ilə tamamlandı.
S.Quliyeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *