ZƏHMƏTKƏŞ QADINLARIMIZ

Dərbənd şəhəri sanki adı kiçik özü böyük dünyadır. Qadınlarımız haqqında çox yazıblar. Kimi onları bir igid əsgər kimi qeyd edib, kimi zərif bir gülə bənzədib. Hər zaman öz əməlləri ilə göz önündə olan qadınlarımız var, hansı ki onların əliñdə işi düşmür.


Belə qadınlarımızdan, Dərbəndin yazar xanımları. Azərbaycan şairi Zeynəb Dərbəndli, Tabasaran şairi Elmira Əşürbəyova, Ləzgi şairi Zeynəb Soltanəhmədova. Bu yazar xanımlarımız, yazdıqları hər bir əsəri. Özləri yaşayaraq, duyaraq yazıblar. Zeynəb Dərbəndlinin 80 şeirinə, bəstəkar Elmir Mədətoğlu musiqi bəstələyib. Həm Azərbaycanın həm də Dağıstanın tanınmış simaları ifa edir. Özü də həzin və ürəyə yatımlı səsi ilə, könülləri riqqətə gətirir. Elmira Əşürbəyovanın sözlərinə bir çox mahnılar, Tabasaranın tanınmış simalarının ifasında səslənir. Zeynəb Soltanəhmədova, həm yazır, həm oxuyur, musiqi də bəstələməyi var. Belə gözəl xanımları ilə fəxr etməyə dəyər. Belə yazar xanımlarımız az deyil, hər birinin özünəməxsus qələmi var. Bütün şair və yazar xanımlarımızı, bu dəyərli xanımların simasında. Qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar bayramı münasibətiylə, səmimi qəlbdən təbrik edirik.
G.Babayeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *