Novruzun üçüncü şərşənbəsi. YEL ÇƏRŞƏNBƏSİ

Taaa dövrü qədimdən, ulu baba və nənələrimizin. Bizlər üçün qoruya-qoruya, bizim dövrə qədər gətirib çatdırdığları adət və ən-ənələrimizdən biridə (Yel çərşənbəsidir). Nənələrimiz yaza doğru novruzun son dörd çərşənbəsini, toylu bayramlı qeyd edərdilər. Yazın qoxusu gəldiyində, qar əriyib qarın altından üzə çıxan hər bir çörü-çöpü yel apararmış. Yel gəlib qardan yenicə gözünü açan yeri, öz mehi ilə isidib qurudur. Torpaq dirçəlir, otlar Kəçəlin başı kimi quru torpaqa, Kosanın saqqalı kimi cücərməyə başlayır. Qızlar, gəlinlər yel üçün mahnı oxuyardı, bayatılar deyərdilər.

Əzizim yel aparsın,
Qayaları qoparsın.
İnsanın həyatından,
Kədəri yel aparsın.

Əzizim yelə qalsın,
Axan su selə qalsın.
Bizi dərdən qyrtarmaq,
Qoy elə yelə qalsın.

Yel ağaclarda qalan nigativləri təmizləgir, torpaqdan quruyub ayrılan qurumuş otların köklərini aparır. Analar qızlarına ərə gedəndə, bu cür niyhət edərdilər.

Əzizim Yel kimi ol,
Saf axan sel kimi ol.
Qızı, getdiyin evdə,
Sevilən gül kimi ol.

Yelin ən gözəl xüsusiyyətli həzinlikdir, hətda Göyçək Fatma nağılında, Fatmanın yunlarını kükək esib aparır və o deyir.

Yel baba yel baba,
Əlçimimi ver(sal) baba.

Yel həzin musiqi kimidir gah bərkdən tüğyan edər, gah da şirin laylay çalar. Su yuyur, Od qurudur, Yel təmizləyir.
Yel Çərşənbəniz Mübarək.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *