NOVRUZ BAYRAMINIZ MÜBARƏK

Əziz və dəyərli Xalqım! Bahar təravətli, torpağ qoxulu Novruz bayramınız mübarək. Hər birinizin evlərinizə, süfrənizə bol ruzu, bərəkət. Ailənizə saadət, sevinc, xoşbəxtlik, insanı gözəllik arzu edirəm. Hər birinizin doğmalarına, sevdiklərinizə, ailə üzvlərinizə, yaxınlarınıza, Dağıstanımıza, Dərbəndimizə mehribanlıq, dostluq, qardaşlıq, birlik arzu edirəm. O, tək Allahdan arzum budur ki, novruzun gəlişi hər bir evə, ailəyə çoxmillətli Dağıstanımıza, özü bir dünya boyda olan Dərbəndimizə düşərli olsun. Hər zaman duzunuz, çörəyiniz bol və halal olsun. Ən əsası dünyanın ən əziz neyməti olan, can sağlığı arzu edirəm. Allah qapısı bağlı olanların, qapısını açsın. Hər birinizə xoş əhval ruhiyyə, açıq səma firavanlıq arzu edirəm.

Hər tərəfdə çalçağırdı,
Nə xoşdur bayram havası.
Həmişə bizimlə olsun,
Valideyn xeyir-duası.

Xalqıma dərin hörmətlə, «DƏRBƏND» qəzetinin baş redaktoru Tərlan Ələkpərov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *