GECİKMİŞ QONAĞ

Seyidova Gülçöhrə Nadirovna, bu dəyərli xanımla görüşümüz və tanışlığımız təsadüfü olmuşdur. Dərbənd şəhər üç din quruq muzeyində onunla, bir tədbirdə görüşmüşdük. Həmin tədbirdə o özünü elə aparırdı ki, eləbil bu insan bizim kimi tədbirə gələn bir ya müəllimdir ya şairdir. Amma sonra onun elm adamı və dasent olduğunu biləndən sonra çaşqınlığ içində qaldım. Ən maraqlı yeri də o idi ki, o öz stolunu mənə verib özü ayaqüstü dayanmışdı. Sonralar Gülçöhrə xanımın YUNESKA nın Dərbənd üzrə sədri və disertasiya müdafiyə edən bir alim olduğunu biləndən sonra onun sadəliyinə heyran oldum. Onunla bağlı maraqlı bir hadisəni danışmaq istəyirəm. Mənim kitabımın təqdimatına dəvət etmişdik, saatın vaxtını da demişdik. Tədbir başlandı, tədbirdə ona söz verilməli idi. Kitabın ön sözünü o yazmışdı, o kitab haqqında danışmalı idi. Artıq təbbir gedirdi, mən isə həyəcanla onu gözləyirdim. Gözüm qapıda qalmışdım, orda olan çıxışları belə tam eşitmirdim. Ona dəvətnaməni verən rəfiqəm ona zəng edir ki, siz niyə gəlmədiz sizə nəsə olubmu? O isə heç tələsmədən cavab verir ki, hələ vaxt var can əlbətdə gəlirəm. Rəfiqən əsəbləşir ki, necə yəni vaxtınız var? Tədbir artıq bitmək üzrədir, hamı sizi gözləyir. Gülçöhrə xa ım soruşur ki, tədbir saat 3 də deyil ki? Rəfiqəm qayıdır ki, siz dəvətnaməyə baxmamısınız? Deyir yox amma bilirəm ki saat 3 dədir. Onda rəfiqəm başlayır gülməyə ki, ay sizə qurban siz dəvətnaməyə baxmayıb vaxtı hardan təyin etmisiz? Tədbir saat 1 də başlayıb, hamı sizi gözləyir. Gülçöhrə Nadirovna, tez qaça-qaçatədbirə gəlir. Gəlib elə bir çıxış edir ki, kitabı elə bir maraqla təqdim edir ki, eləbil gec gələn o deyil, tədbirin digər qonağlarıdır. Öz sadəliyi və insanı cəhətləri ilə, gəldiyi hər hansı bir tədbirdə. Onun çıxışları və orda olması, özü bir gözəllik yaradır. Belə bir maraqlı hadisəni, biz Gülçöhrə xanımla yaşamışıq. 2020 ci ildə, bu dəyərli xanım, «Dünyanın gülü» qızıl medalına layiq görülüb. Dağıstan Respublikasının əməkdar müəllimi, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının birinci dekanıdır. Belə bir insanla olan hər bir hadisə, inanıram ki, böyük marağa səbəb ola bilər.

Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü nəğməkar şair, dramaturg, nasir Zeynəb Dərbəndli.