Müəllim ömrü

Günlər keçir,illər illərə calanır,insan çox şeyi unudur.Lakin heç zaman ilk müəllim yaddan çıxmır,xatirədən silinmir.Axı insana elm qapısının açarını  ilk müəllim təqdim edir,onu əsrarəngiz bir dünya ilə ilk müəllim qovuşdurur.

Bizi dünyaya anamız gətiribsə də  dünyanı bizə  bəxş edən,sirli-sehrli aləmə qovuşduran,ilk qapını üzümüzə  açan ilk müəllimimiz olmuşdur.

                 Ürəklərdə dilək idi,

                 Mənim öz ilk müəllimim.

                 İnsan deyil,mələk idi,

                 Mənim oz ilk müəllimim.

                 Bizə doğma ana idi,

                 Odumuza yanan idi,

                 Bizim üçün sona idi,

                 Mənim öz ilk müəllimim

 Haqqənda  sizə soz açacağımız Ramazanova Xəzarət İsayevna da ibtidai sinif müəllimidir. O, 1968- ci ildə aprel ayının 5-də Dərbənd rayonunun Rükəl kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1986-cı ildə Rükəl kənd məktəbini  yaxşı və əla qiymətlərlə bitirərək  Dərbənd şəhər Pedaqoji texnikumuna qəbul olur. Texnukumu bitirdikdən sonra  1990-cı ildən Dərbənd rayonunun Aşağı  Calğan kəndində yerləşən uşaq bağçaçında metodist kimi əmək fəaliyyətinə başlayır.1995-ci ildən bu günə kimi isə Dərbənd rayonunun Aşağı Calğan kəndində S.D.Qurbanov adına “Məktəb-bağça”tədris müəssiəsində ibtidai sinif müəllimi kimi çalışır. İşlədiyi müddət ərzində pedaqoji kollektivin hörmət və rəğbətini qazana bilmışdir.

2013-cü ildə ali  təhsil almaq məqsədilə  Dərbənd şəhərində fəaliyyət göstərən  Ali tədris ocağı Sosial pedaqoji institutu bitirən Xəzarət İsayevna 9 ildir ki,ali dərəcəli müəllim kimi fəaliyyətini davam etdirir,2012-ci ildən isə  əmək veteranıdır.

Şagird müəllim əməyinin məhsuludur.Hər bir müəllim öz yetirmələri ilə öyünməyə borcludur.O da özünü belə xoşbəxt müəllimlərdən hesab edir.Çünki yetirmələrinin səsi müxtəlif müsabiqələrdən, olimpiadalardan gəlir,Məsələn,2019-cu ildə onun yetirməsi,4-cü sinif şagirdi Hacıəliyeva A. Dərbənd rayonu üzrə “İlin sagirdi” müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.Cari ildə isə yenə onun yetirməsi ,4-cü sinif şagirdi rus dili üzrə keçirilən fənn olimpiadasının qalibi olmuşdur.

Xəzarət İsayevna həmişə çalışır ki,şagirdlərini xalqımızın adına layiq vətənpərvər övladlar kimi yetişdirsin.Ümumiyyətlə, gənc nəsli vətənpərvər,humanist ruhda böyütmək,milli və dünya dəyərlərini sevmək və qiymətləndirməyi bacarmaq hisslərini aşılamaq müəllimlərin ən ümdə vəzifələrindən biridir.Hər bir müəllim şagirdlərinə bilik verməklə yanaçı,bu amilləri də əldə əsas tutmalıdır.

Əsrimiz inkişaf, inteqrasiya əsridir.Cəmiyyətdə baş verən dəyişikliklər müəllimlərdən də öz iş üsulunda dəyişikliklər etməyi tələb edir.Bu baxımdan da Xəzarət İsayevna 2021-ci ildə “Müasir dərs: təcrübə, yenilik.ənənələr”mövzusunda  ibtidai məktəbdə ən yaxşı dərs inkişafı müsabiqəsinə qatılır  və üçüncü yerin qalibi adını qazanır.

Müəllim ,eyni zamanda araşdırıcı, həm də vaxtından  səmərəli istifadə etməyi bacarmalıdır.Bu cəhətdən Xəzarət İsayevna şer yazmağa meyllidir.Doğma Dağıstanımızın 100 illiyinə həsr etdiyi “Dağıstan” şerini oxudum və bu nəticəyə gəldim ki,O öz vətənini hədsiz məhəbbətlə sevir,bu torpağın övladı kimi ona səcdə edir.

           Gözəl bir diyarda yaşayırıq biz,

           Dağlar öz qoynuna almışdır onu,

           Adını dağlardan almışsa da o,

          Qoynu gülüstandır Dağıstanımın.

           Adını daşıyır yüz ildir artıq,

          Bu cənnət məkanı gözəl diyarın,

          Pəhləvanlar dünyaya tanıdıb onu,

          Adı məşhur olub Dağıstanımın.

         Bu dəmirqapılı Dərbəndimizin

         Gedib qalasının seyrinə çıxaq,

         Hər daşı tarixdən bir yadigardır,

         Orda igidlərin ruhu da vardır.

         Açıb qollarını mənim vətənim,

         Ona ana deyir gör neçə millət,

         Ətrafına yığıb əziz dostları,

         Gözləyir hər yerdən qonaqlarını.

Məqaləmiz tədris ilinin başa çatdığı bir  vaxta təsadüf etsə də, biz Xəzarət İsayevnaya gələcək iş fəaliyyətində yeni-yeni uğurlar,yeni qələbələr,nailiyyətlər arzulayırıq.Arzu edirik ki,  şagird tərbiyə edib yetişdirmək, vətənə layiq vətəndaş tərbiyə  etmək həvəsi hələ uzun illər onun qisməti olsun.Axı müəllim şagirdlərinə təkcə bilik verməklə kifayətlənməməli,onu həm də bir vətəndaş kimi yetişdirməlidir.Hörmətli Xəzarət müəllimə,bu çətin və şərəfli işinizdə sizə üğürlar diləyirik.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *