Arzuların ən böyüyü

    2003-cü ildə, Dünya bəzəyi olan Dəmirqapı Dərbəndimizdə, Səttar-zadələr ailəsində gözəl göyçək bir qız uşağı dünyaya göz açdı. Bu qızın dünyaya gəlişi, valideynləri və bütün doğmaları üçün ən şirin və yaddaqalan bir tarix olur. Bu qız öz ağılı, dərrakəsi ilə yaşıdlarından fərqlənməyə başlayır. Elə körpəlikdən Özünün, sözünün yerini bilən olur. Məktəbə getməmişdən belə, əlinə kitab alıb, onu varağlamağı onun gələcəyindən xəbər verirdi. O 2010-cu ildə, Dərbənd şəhər 3 nömrəli məktəbinə ilk addımlarını atır. Məktəbə başlayannan bu balaca qız, kotablarını gözündən uzaq qoymur. Çünki kitab onun üçün çox dəyərli idi. O özünün keçdiyi dərslərdən əlavə, gələcək dərslərə də nəzər salırdı, bu da uşağın elmə olan sevgisindən irəli gəlirdi. Sizə bu gün danışmaq istədiyim bu balaca qız, artıq böyüyüb yeniyetmə bir mələk olub.

      O Səttar-zadə Səkinə Səttarovnadır. Səkinə bu il ədəbiyyat üzrə «Vahid Dövlət imtahan»ından ən yüksək 100 bal toplayaraq böyük uğura imza atıb. Səkinə, demək olar ki, misal çəkilməli  məzundur.  Səkinənin İlk müəllimi  və onun təhsilimdə  böyük əməyi olan M. Səftarovna idi. O deyir ki, «mənim bugünkü uğurlarım üçün, mən ilk olaraq  valideynlərimə, eləcə də müəllimim Elmira Şıxəhmədovna’ya minnətdaram. Onunla birlikdə çox böyük bir iş gördük və sevinirəm ki, bütün bunlar əbəs olmadı».

      Səkimə bütün çox, 100 bal toplayan yaşıdları və məzunlar ilə birlikdə, iyulun 1-də Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Alimoviç Melekovla görüşüb. Məzumlar S. Melikova, bütün  maraqlandığları suallarla müraciyət ediblər. Region başçısı da, uşaqların verdiyi bütün suallara maraqla cavab verib. Səkinə, region başçısı ilə görüşdən çox razı qalıb. O deyir ki, «İstədiyim sualları ona vermək imkanı yaratdığına görə, bizlərlə görüşüb bizi xüsusi təbrik etdiyinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda da biz gələcək nəsil nümayəndlərinə verdiyi dəyərə görə. Həmçinin də, bizim əməyimizə  göstərilən səxavətə görə xüsusi minnətdarlığımı bildirirəm.  Və biz gənclərə qarşı diqqətli olmaqı isə,  Düşünürəm ki,  gənc nəsil üçün bu böyük bir təkan ola bilər».

     Səkinə Səttar-zadə, təhsil aldığı məktəbdə də, bir çox yarışlarda, olimpiadalarda, müsabiqələrdə də fəal iştirak edib və dəfələrlə qalib gəlib. S. Səttar-zadə orta məktəbi bitirdikdən sonra, Rusiyanın paytaxtı Moskva şəhərində A. A Qersen adına Rusiya Dövlət Pedaqoji universitetinin xarici dillər fakultesində, tərcümə və tərcüməşunaslıq ixtisasına yiyələnməyi öz qarşısına məqsəd qoyub.

      Bəlkə də, onun uşaqlığından bəri kitablara bu qədər bağlılığı da elə buna görə olub. Ziyalı bir ailədə tərbiyə alan, öz mədəniyyəti və əxlaqı ilə şagirdlər arasında seçilən bu qız, inanıram ki, gələcəkdə daha böyük işlərə imza atacaq. Səkinənin sevincinə biz də qoşuluruq, çünki o Dərbəndimiz baş ucalığıdır. Onun bu gözəl arzularının arzu olaraq qalmamasını arzu edərək, gələcəkdə ona və onunla bərabər bütün  məzunlara uğurlar arzu edirik.

      M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *