Özümüzü qorumalıyıq


Nədəndirsə hər kəs vaksin edilməkdən qorxur, qorxan hər kəsi anlayırıq. Bəs virusa yaxalanıb, doğmalarını və yaxınlarını bu xəstəliyə yoluxdurmaqdan qorxmurlarmı? Bu murdar xəstəlik əl qolunu sallıya-sallıya dünyanı gəzir, hər cür infeksiyalar baş alıb gedir. Belə bir zanamda biz hamımız ehtiyatlı olmalıyıq, ilk özcə özümüzü, sonra isə doğmalarımızı qorumalıyıq. Antiseptiklərdən tez-tez istifadə etməliyik, əllərimizi günaşırı tez-tez yumalıyıq. Avtobuslara minərkən ağzımıza masqa taxmalıyıq, elə oradaca antiseptikdən istifadə etməliyik. Salamlaşarkən bir-birimizi qocağlamamalıyıq, əl tutmaq belə olmamalıdır.
Vaksini də elə bu üzdən etməliyik ki, hər hansı bir soyuqdəymədən yaranan öskürək infeksiyaya çevrilməsin. Xəstələnsə də, ağır keçməsin. Əlbətdə vaksin etmək məcburi deyil, amma məcburi olmadığı halda vacibdir.
Il yarımdan çox davam edən bu xəstəlik, bir çox insanların həyatına son qoydu. Elə buna görə də bizim hər birimiz vaksin vurmamağla tək özümüzü deyil, öz doğmalarımızı, körpələrimizi düşünməliyik. Kafelərə, restoranlara, hətda dəniz kənarına gedəndə də ağzınızı bağlamalısınız ki, yanınızda keçən insandan da hər hansı bir infeksiyanı özünüzə çəkməmək üçün.
Avtobuslarda bəzən görürük ki, güya masqa taxıblar, masqa çənəsinin altdadır. Siz bu masqanı çənənizi qorumaq üçün taxırsınız yoxsa özünüzü? Bəlkə də qıraqdan baxanlar görsün ki, masqa taxmısız? Bunu heç kim üçün yox,ilk öncə özünüz üçün edin. Vaksindən dəhşət dərəcədə qorxanlar, nədənsə koronavirusdan zərrə qədər qorxmurlar. Belə olan halda, bu xəstəlik azalnaq əvəzinə əksinə çoxalır, artır. Bütün dünyanı pəncəsinə alıb, istədiyi kimi at oynadan bu xəstəlik mi qorxuludur, yoxsa vakskn vurmaq? Heç birimiz bu gündən sabaha ümid edə bilmirik, çünki bilmirik ki, yarım saatdan başımıza nə gələcək. Bu virus üçün, iki saniyə be yetərlidir. Odur ki, hər bir atdığımız addımı düşünərək atmalıyıq. Antiseptik, masqa və qidalara diqqət. Bütün bunlara riayət etmək, son dərəcə vacubdir.
Hər birimizə sağlam ömür və ehtiyatlı olmağı arzu edirik.
M. Seyidov