Mədəniyyətdən ilhamlanıb

İyul ayının 28-dən 29-na kimi Mahaçqalada, Respublika gənglər mərkəzində və Dərbənddə D.Aşurov adına musiqi məktəbində mədəniyyət könüllülərinin Respublika forumu keçirilmişdir.

Forumun təşkili  Dağıstan Respublikasının  Mədəniyyət Nazirliyi, Bölgənin  gənclərlə iş nazirliyi və Dağıstan regional “Könüllü Təşəbbüsçülərin İnkişaf mərkəzi” nin dəstəyi ilə baş tutmuşdur.

Forumda mədəniyyət sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin tələbələri,sosial mədəni layihələrin təşkilatçıları,insanları yaradıcı təşəbbüslərə cəlb edən icma və təşkilatçıların rəhbərləri,müxtəlif könüllü sahələrin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdilər.

Könüllülərin  forumu  respublikada üçüncü dəfədir ki,keçirilir və mədəniyyət sahəsində könüllü fəaliyyətlərə qatılan fəal və qayğıkeş vətəndaşlardan,ictimai rəyin liderlərindən ibarət bir cəmiyyət formalaşdırmaq məqsədi daşıyır.Forumun əsas və başlıca proqramı bölgə ərazisində  mədəni və tarixi  abidələrin qorunub saxlanmasıdır.

“Mədəniyyət könüllüləri” ictimai hərəkatının bölgə üzrə koordinatoru,Dağıstan Respublikası  АВЦ-Gülnarə Əliyevanın dediyi kimi,forumda iştirakçılar mədəni tədbirlər üçün könüllü proqramlar,şəhər və kəndlərdə turist marşrutları və mədəni məkanlar təşkil etmənin xüsusiyyətləri ilə tanış  oldular,insta-müsabiqədə iştirak etdilər və gənclər sahəsində mütəxəssislərlə  işlərdə iştirak etdilər.

 Foruma əkspert kimi dəvət olunan ВОД «Mədəniyyət Könüllüləri» АВЦ –nin regional  icmalarda iş koordinatoru Natalya Roqojina və Nijnıy Novqorod vilayətinin “Mədəniyyət Könüllüləri” АВЦ-nin regional koordinatoru Aleksandr Zuyev forum iştirakçılarını hərəkatın fəaliyyət istiqamətləri ilə tanış etdilər və   ekspert olaraq onlara  mədəniyyət sahəsində  şəxsi  layihələr   işləyib hazırlamağı  öyrətdilər.

Forumda  DR Mədəniyyət Nazirinin müavini Murad Hacıyev,Gənclərlə iş nazirliyinin, Respublika gənclər Mərkəzinin direktor müavini Raşid Abdullayev,”Həyatın dekoratorları” sosial-mədəni layihənin rəhbəri,”Mədəniyyət Könüllüləri” АВЦ-nin   Dağıstan Respublikası ictimai hərəkatın  bölgə koordinatoru nun müavini  Timurlan Temirov və başqaları da iştirak edirdilər.

Forumun ikinci günü Dərbənddə,D.Aşurov adına musiqi məktəbində keçirildi. Tədbir iştirakşıları layihələrin tətbiqi  ilə bağlı  təcrübə mübadiləsi apardılar və bölgədəki mədəniyyət könüllüləri cəmiyyətinin yaradıcı mənbəyi və inkişaf potensialı müzakirə edildi.

Tədbirin sonunda forumun nəticələrinə yekun vuraraq iştirakşılara sertifikatlar verildi.

“Mədəniyyət Könüllüləri”proqramı “Mədəniyyət” milli layihəsinin “Millətin yaradıcı potensialının reallaşması üçün şərtait yaradılması”(yaradıcı insanlar) federal layihəsi çərçivəsində həyata keçirilir.Respublika  Mədəniyyət könüllüləri Forumu ,aktiv gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi,sosial təşəbbüslərin həyata keçirilməsi və könüllülərin iştirakının nəticələrinin unikallığını nümayiş etdirən tədbirlərin təşkili, habelə Dağıstan Respublikası ərazisində könüllü mədəni layihələrin  həyata keçirilməsində könüllülər cəmiyyəti yaratmaq üçün bir vasitə kimi xidmət edən bir platformaya çevrildi. Forum zamanı Rospotrebnadzorun tələblərinə riayət edildi:maska taxmaq,antiseptik istifadə etmək,sosial məsafəni qorumaq.Peyvənd sertifikatı və ya ПЦР-testinin nəticələri təqdim edildikdən sonra insanların forumda iştirakına icazə verildib               

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *