Bizim çempionumuz


Idmanda igidlik adı çəkiləndə, dağlar yurdu Dağıstanda dünyaya göz açıb, igitliyini bütün cahana sübut edən oğullarımızın adlarını görəndə, insan qürurlanır və şərəf duyur. Dağıstanın belə övladları demək olar ki, saysız həsabsızdır. Belə qürurverici övladlarımızdan biri də, indi söhbət açacağım Albert Batırqaziyevdir.
Hər il olduğu kimi, bu il də dünya çempionu üzrə boks döyüşləri keçirildi. Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən bu döyüşdə bizim həmyerlimiz Albert Batırqazıyev də iştirak edib. Albert Batırqaziev Tokio- 2020-ci olimpia oyunlarında finalda amerikalı Dyuk Raqan ilə görüşdə qələbə çalaraq Olimpiya qızılını qazandı. Tokioda keçirilən bu Olimpiya boks turnirində həlledici mərhələnin döyüşləri hələ də davam edir. 57 kq -a qədər çəki dərəcəsində rusiyalı Albert Batırqaziyev finalda amerikalı Dyuk Raqanla döyüşdü, onunla boks meydanında döyüşərək qalib gəldi və çempion oldu.
İdmançımız seçmə və seçim mərhələsində Dominikan Respublikası, Monqolustan və Kuba təmsilçiləri ilə görüşdü. Rusiyalı boksçu, son iki döyüşdə, necə deyərlər, 3: 2 hesabı ilə qalib gəldi.
N. Quliyev