Nigativlərdən uzaq olun

Insanlar «Kovid-19» əleyhinə peyvənd olunmaqda davam edir. Kimi peyvənddən qorxur, kimi ürəklə gedib peyvənd olunurlar. Nəticələrinin nə olacaəı barəsində, min cür söz-söhbət olsa da, yenə də peyvənd olunurlar.
Allah böyükdür , hər şeyin yaxşı olacağına ümidlə baxan insanlarımız bu silahsız müharibənin bitməsini səbirsizliklə gözləyirlər. O da ki, bitmək bilmir ki, bilmir. Peyvənd olunan insanların, hər birində bir cür reaksiya olduğundan qorxurlar. Bəzi tibb işçilərinin dediyinə görə, peyvənd olunan adamların vəziyyətində dəyişikliklər olmalıdır. Yəni, edilən peyvənd, insan organizmindəki hüceyrələrlə mübarizə aparmalıdır.
Hər bir insan yaşamaq üçün mücadələ edir, bu xəstəliyə yoluxan insanlar da, «mən sağalacağam»- deyə ümid edərsə, bu xəstəliyə qalib gələ bilər. Təki elə olsun, ümid qalib gəlsin.
Avtobuslara minərkən mütləq şəkildə, ağzınızı masqa ilə bağlayın. Bəlkə də bir çoxumuz fikirləşirik ki, onun nə köməyi ola bilər? Amma böyük köməyi var, kimsənin nəfəsinin negativ hüceyrəsi sənin nəfəsinə toxunmur, burnunda iy kimi içəri daxil olmur. «Kovid-19» adlı bu xəstəlik, özünü nə yolla olur olsun, içəri ata bilir. Odur ki, əllərimizi tez-tez yumalı, antiseptikdən vaxtaşırı istifadə etməli, masqa mütləq şəkildə taxmalıyıq.
Bütün bunları tez-tez xatırlatmağımızın mənası, sizləri bu bəladan az da olsa qorumağ istəyimizdir. Çalışın əməl edin, əməl edin ki, sonra peşman olmayasınız. Hər kəaə sağlam ömür arzulayırıq.
M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *