Ədəbiyyat şəmbəsi


«Mədəniyyət şəmbəsi» çərçivəsində keçirilən, Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına həsr olunmuş «Puşkin ədəbiyyatı» tədbiri günləri davam edir. Sentyabrın 11-də «Dərbənd şəhəri» Azərbaycan Dövlət Dram teatrı şairin yaradıcılığına həsr olunmuş kompozisiya ilə onlayn translyasiyada iştirak etdi.
Kompozisiyanı DR əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Dram teatrının rejisoru Yaqut Xandadaşıva hazırlamışdı.
Şeirli, musiqili bu kompozisiyada şairin poemalarından parçalar, onun şeir nümunələri və artistlərin ifasında vətən haqqında mahnılarla təşkil olunmuşdu. Bir gün ərzində hazırlanan bu gözəl tədbirdə DR əməkdar artistləri Məhərrəm və Rəhilə Ömərovlar, Əlimöhsüm Abasov, Mahir Məlikov, şairə Zeynəb Dərbəndli. Aktyorlar Sərxan Səmədov, Osman Mihrabov, Mirzəağa Cüm-cüm, Təhminə Ömərova, Izabella Ağayeva, Səidə Əliyeva və Naidə Babatova iştirak etdilər. Konpazisiyanın aparıcısı DR əməkdar artisti Sevda Bəybalayeva.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *