Sehrli sənət dünyası


Bu günlərdə, Dərbənd şəhəri üç din və tarix muzeyidə iyul ayında təşkil olunan «Dərbənd Bu gün» adlı sərginin təntənəli açılışı oldu.
2021 -ci ilin iyul ayında «Dərbənd şəhəri» şəhər dairəsinin başçısı Rüstəmbek Pirməhəmmədovun dəvəti ilə Dağıstanın 12 müasir çağdaş rəssamı şəhərimizə gəlib.
Onlar şəhərin qədim mənzərələri və yeni tikililərini, öz əsərlərində əks etdirmək üçün gələn rəssamlar, şəhəri qarış-qarış gəzib. Onun köhnə tikililəri və yeni tikilmiş binalarını öz əsərlərində işləmişlər. Dərbəndin qədim küçələrini, Qala qapıları və divarlarını öz əsərlərində necə xəyal etdikləri kimi çəkib nümayiş etdirdilər. Onların rəsm əsərlərinə baxdıqca, insanın içində sual yaranırd. Dünyanı Allah yaradıb, onu bir rəsm əsəri kimi insana təqdim edib. İnsan da öz əllləri ilə, bu gözəlliklərə bir az da gözəllik qatmağa çalışır. Rəssam rəsmləri ilə, şair şeirləri ilə. Hətda texnika təyyarə, qatar, maşın, bir çox şeyi insan yaradır. Və bu dəfə şəhərimizə gələn rəssamların, şəhərin gözəlliklərini əsərlərində necə canlandırmağının şahidi olduq.
«Dərbənd şəhəri» Mədəniyyət, idman gənclər siyasəti və turizm şöbəsinin sədri Samilə Nəcəfova sərgini açaraq «Buzum qədim şəhərimiz İncəsənət əsərlərində dəfələrlə nümayiş olundu, amma və lakin bu gün isə bu şəhər, rəssamların əsərlərində ənənəvi olaraq bir qala şəhəri kimi şərh edildi» deyə vurğuladı.
Mən deyərdim müasir Dərbənd gözümüzün önündə hər gün bir neçə tarixi ilə canlanan canlı bir əsərdir, o həm də rəngarəng, perspektivli bir turizm mərkəzinə də çevrilib.
«Dərbənd şəhər» şəhər dairəsinin başçısının müavini Vidadi Vaqifoviç Zeynalov rəssamları və muzeyi qeyri -adi bir mədəni hadisə münasibətilə təbrik etdi. Qeyri adi ona görə ki, bu şəhərdə yaşamayan rəssamların, şəhərimizlə bağlı təəssüratlarının belə möhtəşəm canlandırmaları, özü elə, təqdirə layiqdir. Tədbirin ənənəvi olaraq keçiriləcəyinə və Dərbəndin təkcə turist deyil, həm də müasir incəsənət mərkəzinə çevriləcəyinə ümid etdiyini bildirdi.
Bu təntənəli açılışda rəssamlar Məhəmməd Daudov, Yusup Xanməhəmmədov, Yelena Gapurova, Natalia Savelyeva, Zakarya Zakaryayev, Məhəmməd Dibirov, Məhəmməd Mollakayev (Mag Khazar), Isak Isakov. İştirak etdilər. Tədbir boyunca rəssamların şəhəri əks etdirən əsərləri və digər əsərləri nümayiş olundu. Sərgi öz gözəl axarı ilə, özünü bu yolda hər cür sınayan Dağıstanlı gənc rəssamların əsərləri ilə də tamamlandı.
Tədbirdə Tatyana Serebryakova, Bağjat Dibirçuyeva, Karina Abakarova, Arina Lomakina çıxış edərək, öz ürək sözlərini söylədilər və Dərbəndin necə bir qonaqpərvər şəhər olduğunu vurğuladılar.
«Dərbənd rəhbərliyi bizim bu ideyanı dəstəklədi.» Oteldə qaldığımız məqamda kağız, qələm, bir neçə kətan gətirərək rəssamlara təqdim olundu. Onlar da bütün bunları şəhəri öz xəyallarındakı kimi çizmək üçün öz özərlərinə götürdülər. Və gördüyünüz kimi qısa zamanda, bu əsərləri işlədilər. Arzu edərdim ki, bu aərgi Tretyakov Qalereyasında da sərgilənsin. Uzun illər həm Rusiyada, həm də beynəlxalq səviyyədə müasir Dağıstan sənətinin yüksək səviyyəsi ilə çox qürur duyuram. Dağıstan öz sənətçiləri və idmançıları ilə qürurla fəxr edə bilər»-deyə bu maraqlı sərginin kuratoru jurnalist və yazıçı Polina Sanaeva vurğuladı.
Tədbirin sonunda, «Dərbənd şəhəri» Mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin sədri Samilə Nəcəfova. «Rəssamlar olan yerdə, şairlərində xüsusi yeri var. Rəssam xəyal etdiklərini öz fırçası ilə çəkir, şair isə öz qələmi ilə yazır»-deyərək Dərbəndin tanınan və sevilən şairi Zeynəb Dərbəndliyə söz verdi. Zeynəb Dərbəndli rəssamları sərgi münasibətilə təbrik etdi və öz sözlərinə «Ulu Dərbənd» mahnısını ifa etdi. Bütün qonağlar alqışladılar və çox ürəklərincə olduğunu vurğuladılar.
Mədəni tədbirin qonaqları və iştirakçıları sərgilənən əsərlərlə tanış olmaqla yanaşı, həm də söhbət çay süfrəsində maraqlı söhbətlər etdilər.
M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *