Dağıstana turist axını 1 milyona çatacaq


2021-ci ildә Dağıstana turist axını 20 faiz artıb, ilin axırında 1 milyon turistә çatacaq.
Dağıstan hakimiyyәti respublikada turist axınının artması fonunda turizmin inkişafı üçün yeni bir konsepsiya hazırlayır.
Tәqdimat sentyabrın sonunda keçirilәcәk- deyә Dağıstanın başcısının vəzifəsini müvəqqəti icra edən Sergey Melikov xәbәr verdi. 2021- ci il avqustun sonuna qәdәr respublikanı 820 minә yaxın turist ziyarәt edib, 2020- ci il әrzindә isә bölgәni 840 min turist ziyarәt etmişdi. Eyni zamanda Melikov әlavә etdiki, turizm infrastrukturu belә bir axınla ayaqlaşa bilmir. Mehmanxanalar, yerlәşmә yerlәri, yol şәbәkәsinin inkişafı çatışmır.
Dağıstanın Turizm vә Xalq Sәnәtlәri Naziri vәzifәsini icra edәn Emin Mәrdanov öz növbәsindә «Interfaks»-a bildiribki, «2019-2025 ci illәrdә Dağıstan Respublikasında turizm vә istirahәt kompleksinin inkişafı » proqramına Dәrbәnd şәhәr rәhbәrliyinin tәdbirlәrin idarә edilmәsi vә şәhәrin turizm sәnayesindә mütәxәssislәrin kadr hazırlığı ilә bağlı tәkliflәr daxil edilәcәk.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *