Bizim evimizdir


Dağıstan çoxmillətli bir respublika olduğunu, dəfələrlə vurğulamışıq. Dağıstanda 50-dən çox millət yaşayır, bunlardan bir neçəsi dövlət üzrə təqdim edilən millətlərdir.
Azərbaycan, avar, ləzgi, tabasaran,dargin, qumuq vəsair. Bu sadaladığım və adlarını çəkmədiyim bir neçə millətin soyu, kökü buralı, Dağıstanlıdır.
Bu millətlərin hər birinin özünəməxsus adət ənənələri, mədəniyyəti, dili var. Və bu millətlər, ta Dağıstanın qədimdən yaranma tarixindən bəri burda doğulub, boya başa çatıb, nəsil bə nəsil gəlib bu günə çatıblar. Onların kökü, onların yaranışı bu dağların havasından qidalanıb, suyundan içib kök salmış millətlərdir.
Burada yaşayan hər bir millət, bu torpağın, bu elin övladlarıdır. Dağıstanın övladları, milliyətindən asılı olmayaraq həmişə bu yerlərə baş ucalığı getirib. İstər elmdə, istər iqtisadiyyatda, istərsə də hər hansı bir sahədə. Ona görə, bu respublika adı balaca respublikalarla yanaşı çəkilsə də, özü isə ucu bucağı görünməyən bir dünyadır, qardaşlıq dünyası. Dağıstan, bizin anamız, atamız, evimizdir. Biz burada doğulmuşuq, buranın da övladıyıq.
M. Seyidov