Antiteror komissiyasının iclası keçirilmişdi

Tabasaran rayonunda cari ilin birinçi rübü üzrə antiteror komossoyasının işinin nəticələrinə yekun vurulub. Bu günlərdə Tabasaran rayonunun başçısı Maqomed Qurbanovun sədrliyilə administrasiyanın zalında Antetiror komissiyasının iclası keçirilib. İclasın işində Dağıstan Respublikası Xalq Məclisinin deputatı Alavudin Mirzəbalayev də iştirak edib. Gündəliyə uyğun olaraq, Rusiya Federasiyasında Terrorizm ideologiyası ilə mübarizə üzrə kompleks planın «Tabasaranskiy rayon» MP -də həyata keçirilməsinə dair tədbirlərin icrası haqqında və HAK, ATK-nın qərarlarınınicrasına dair Dağıstan Respublikası və ATK MP «Tabasaran rayonu» 2022-çi ilin 1-ci rübü üçün hesabat məruzəsi ilə ATK MR «Tabasaranskiy rayon» apparatnın rəhbə vəzifəsini icra edən Zayr Musayi çıxış etmişdir. O birinçi rübə terrorizm və ekstremizm ideologiyasın qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. İclasda həmçinin may bayramlarına və Böyük Qələbənin 77-ci ildönümünə hazırlıq və bayram tədbirlərinin keçirilməsi zamanı ictimai təhlukəsizliyin və obyektlərin antiteror mühafizəsinin təmin edilməsilə bağlı tədbirlərə də baxılıb. 23 saylı PSÇ -nin rəisiAkif Əlipaşayev, Təhsil İdarəsinin rəisi Abdusalam Həsənov, Tabasaran mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Abdurəhman Ramazanov və Rusiya Daxili İşlər Nazirliyinin Tabasaran rayonu üzrə rəisi Nəsir Yaqibekov, baxılan məsələ ilə bağlı təqdimatlarla çıxış ediblər. Rusiya Daxili işlər nazirliyinin Tabasaran rayonu üzrə rəisi Nasir Yaqibekovun verdiyi məlumata görə, bölgədə «Silahların alınması» əməliyyatı davam edir. Rayon sakinləri aparılan əməliyyatla bağlı məlumatları kütləvi informasiya vasitələrindən, məlumat stendlərindən alırlar. Ov tüfənglərinin təhvil verilməsi faktları var. Maqomed Qurbanov qeyd etmişdir ki, DR ATK sədrinin göstərişinə əsasən, Dağıstan Respublikası Xalq Məclisinin bütün deputatları bələdiyyə rayonlarının iclaslarında iştirak etməlidirlər. İclasın sonunda rayon rəhbəri Maqomed Qurbanov ATK üzvlərini və kənd birləşmələri başçılarını Ukraynada hərbi əməliyyatlarda həlak olanların ailələrinə yardım göstərməyə cağıraraq, onlara müraciət edib: — «Sülh, əmin-amanlıq üçün canlarından kecənlər öz ünvanlarına və dəstək hiss etməlidirlər»

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *