Şair doğulan qadın


Dünya taa qurulandan bəri, hər an bir rəsm əsəri kimi gözəlləşir. Bu gözəllikləri dünyaya bəxş edən, yeri, göyü, günəşi, ayı bütün varlığları bəxş edən Allah, dünyanı hər gün, hər fəsil başqa-başqa cizgilərlə dəyişir. Allah dünyaya insanları da, hərəsini bir cür yaradıb. Kimi rəsm çəkir, kimi daşdan adam düzəldir, kimi palçıqdan ev düzəldir. Amma elə insanlar da var ki, kimi hər səsdən bir not yaradır, kimi isə sözdən çələng hörür. Sözü ilmələyən insanların, adına şair deyilir.
Belə insanlar çox az olur, hər mahnı oxuyandan müğənni olmadığı kimi, hər şeir gazannan da şair olmur. Amma mənim bu günki həmsöhbətim. Həm insanlığda, həm şairlikdə həm müəllimlikdə. Bir sözlə ən önəmlisi, əsil ailə başçısı, layiqli ana, gözəl nənə adını layiqincə yerinə yetirən Elmira Aşuraliyevna Aşurbəyovadır.
-Salam Elmira , necəsən? Sənin o qızıl vaxtından bir az istifadə etmək istərdim. Səni yaxından tanıyan və tanımayan oxucuların üçün məncə vaxtın olar və səni azca narahat etmiş olmaram.
-Salam Zeynəb canım, nə narahatlığı? Əksinə mənim üçün çox xoşdur əzizim. Özü də, səninlə söhbət etmək mənim üçün hədsiz dərəcədə xoşdur. Bir yaradıcı insana verilən dəyəri necə qarşılıqsız qoymaq olar?
-Səninlə dostluğumuz, səhv etmirəmsə 2016-ci ilin sonlarına təsadüf edir. Tanışlığımızın ilk günündən, mənə böyük qayğı ilə yanaşmısan. Və heç vaxt istəməmisən ki, kimsə mənim qəlbimə dəysin. Elə mən də sənin xətrini çox istəyirəm. Həm də, həm həmkarım kimi, həm də layiqli bir el adamı kimi. Sənlə həmsöhbət olmaq istədim. Elmira Aşurbəyova kimdir?
-(gülür) Elmira Aşurbəyova öz xalqının qızı, vətəninin övladıdır. Həmişə də, Dağıstanıma layiqli olmaqçün çalışmışam.
-Özün haqqlnda bir az danış əzizim.
-Mən Elmira Aşurəliyevna Aşurbəyova (qız soy adım — Adilova) 1969-cu il oktyabr ayının 10-da Dağıstan Respublikasının Xiv rayonunun Yuxarı-Yarak kəndində anadan olmuşam. Atam Aşurəli müəllim, anam isə xalçaçı olub. Mən bir sözlə, sənətkarlar ailəsində xoğulmuşam. Müəllimliyi atamdan, sözü naxış kimi ilmələməyi də anamdan öyrənmişəm.
-Yiyələndiyin sənətə, sevərək mi gəlmisən? Yoxsa sən də, valideyn arzusu ilə bu sənəti seçmisən? Yəni müəllimlik sənətini?
-Yox, mən elə öz sənətimi sevərək yiyələnmişəm. Çünki elə uşaqlıqdan, müəllim olmağı arzulamışam. Həmişə özümü bacı-qardaşlar, qohum-əğraba uşağlarının müəllimi olaraq görmüşəm. (Gülür).
-biraz bu barədə danış zəbmət olmasa.
-Mən orta məktəbi bitirdikdən sonra, Dağıstan Dövlət Universitetinin Dağıstan filologiyası fakültəsinin, aspiranturasını fərqlənmə diplomu ilə bitirmişəm, filologiya üzrə dissertasiya müdafiə etmişəm. Mən tələbəlik illərimi də, məktəbimi sevərək başa vurmuşam. Oxumaq, öyrənmək həmişə marağımda olub. Ona görə, tələbəlik illərim də belə oxhmaq sıxşntısı yaşamamışam.
-Bəs iş fəaliyyətin necə?

  • Mən, əmək fəaliyyətinə 1993-cü ildə Dağıstan Dövlət Pedaqoji Universitetinin Ümumi dilçilik kafedrasında müəllim kimi başladım və 24 il Dağıstan Respublikasının müxtəlif ali məktəblərində ədəbiyyat müəllimi vəzifəsində çalışmışam. Və müxtəlif illərdə filologiya fakültəsinin dekanı vəzifələrində də çalışmışam. Və həvəsim şeirə, sənətə çox olduğundan, uzun illər ədəbiyyat kafedrasının müdiri kimi də fəaliyyət göstərmişəm. -Bəs, mədəniyyətə yaxın olmusan mı, yəni şairlik də mədəniyyətdir. O üzdən bu sualı verdim əzizim. -Bəli, demək olar elə vaxtşmı daha çox şeirə və mədəniyyətə sərf edieəm. Hətda 2018-2020-ci illərdə Tabasaran Dövlət Dram Teatrının direktor müavini vəzifəsində də çalışmışam. Hələ 2001- 2005-ci illərdə Tabasaran dilində çap olunan «Zori Tabasaran» respublika qəzetinin Dərbənd rayonu üzrə müxbiri vəzifəsini və müəllimliyi birləşdirərək də çalışmışam. -Elmira, bir bu qədər yükü daşımaq, sənin üçün çətin olmadı mı? -Mən öz işim ilə paralel olaraq Dərbənd şəhəri, Xiv və Tabasaran rayonlarının təhsil və mədəniyyət şöbələri, müxtəlif ictimai təşkilatlar və xeyriyyə fondları ilə sıx əməkdaşlıq edərək daim böyük ictimai iş yükünü daşımışam, mən buna öyrəncəliyəm ona görə də, mənim üçün çətin deyilən bir şey yoxdur Zeynəb. Bunu ən azı, sən daha yaxşı anlarsan. Çünki sən də, eyni bəlkə də daha çox yük daşıyırsan. Mən hal- hazırda da bir çox belə işləri öz- üzərimə götürmüşən. -Heç olmasa, bu əziyyətlərin qiymətləndirilib mi? Yəni əziyyətini görən olub mu? Axı adətən, adamın əziyyətləri əlində qalır. -Nə deyim, çəkdiyim əziyyətlərin görünən hissəsi də olur, görünməyən hissəsi də. Görünən deyərkən, elə ona görə bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşəm. Bir şair nə istər, onun oxucusu bol olsun. -Ən çox hansı sahəyə taxınsan, hansı sahə sənə daha doğmadır? -Mən ən çox poeziyaya yaxınam, mənə bu sahə daha doğma gəlir. Mən öz respublikamızın ədəbi həyatında fəal iştirak edirəm. 10 ildən artıqdır ki, rəhbərliyim altında Dərbənddə ana dillərini qoruyub saxlamaq və milli ədəbiyyatı inkişaf etdirmək, o cümlədən də yeni başlayan müəlliflərə dəstək olmaq məqsədi daşıyan “İlham” ədəbi birliyi fəaliyyət göstərir. -Sən ən çox nə zaman düncəlirsən şeir yazanda, yoxsa boş vaxtlarında? -Mən düzünü deyjm Zeynəb, şeir yazanda daha çox özümü rahat hiss edirəm və dincəlirəm. -Yaşadığın müddətdə, sənin ən böyük uğurun nə olub? -Çox gözəl sualdır, yaşadığım müddətdə mənim uğurum? 2017-ci ildə Dərbənd şəhər dairəsinin Mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsi tərəfindən mənə verilən “İlin qadını” adına layiq görülməyim olub. Sənət adamı şair, dramaturq, tərcüməçi və ədəbiyyatşünas Elmira Aşurbəyova üçün, ən böyük dəyər, onun əməyinə verilən qiymətdir. Əsərlərim milli (Tabasaran) ədəbiyyatı üzrə məktəb və universitet proqramlarına daxil edilir və pyeslərim Dağıstan teatrlarının səhnələrində tamaşaya qoyulur. Bir yazar üçün, bundan artıq dəyər nə ola bilər? (Gülür). -Yazıçı ən gözəl hissi, nə zaman yaşayır? -Bir yazıçı, milləti və xalqı tərəfindən sənətkar kimi qəbul olunanda. Misal üçün, mənim Tabasaran teatrının səhnəsində “Mirzə Kalukski” (“Mənşələrin çağırışı” ) pyesim əsasında səhnələşdirdiyi tamaşa “Nəğməli Dağıstan” respublika teatr müsabiqəsində birinci yerə layiq görülüb. Mənim ən böyük və yaddaqalan uğurumdur. -Doğrudur, ən önəmlisi, sənə sənin teatrın və millətin qiymət verib. Seçilmiş əsərlərin?
    • “Əbədilik dəyişəndə” pyesim münsiflər heyəti tərəfindən ən yaxşı antiterror dram əsəri üzrə Regional müsabiqədə ən yaxşı üç əsərdən biri kimi tanınıb. Avar dilinə tərcümə olunub və Avar Musiqili Dram Teatrı tərəfindən səhnəyə qoyulması planlaşdırılır.
      -Sənin bir çox şeirin mahnıya çevrilib, bir çox mahnılar da populyarlaşıb. Bu barədə, bir az oxucularımız üçün danış.
      -Bəli çox sayda şeirlərim musiqiyə qoyulmuş və populyar mahnılara çevrilmişdir. Tabasaran oxucusu mənim tərcüməmdə rus və xarici ədəbiyyat klassiklərinin A. S “Ölü şahzadə və yeddi boqatirin nağılı” və s. əsərlərini ana dilində oxumaq imkanı əldə edir.
      -Şeirlərin xaricdə, hansısa jurnal və ya qəzetlər də çap olunub mu?
      -Zeynəb, əzizim mənim elə bir çox əsərləri həm müxtəlif yerli ədəbi nəşrlərdə, həm də beynəlxalq nəşrlərdə, o cümlədən “Addımlar” almanaxında (Litva), “Azad gələm” ədəbi qəzetində (Bakı), “Şairlərdən bir demet” beynəlxalq almanaxında (Türkiyə) və s. . Yerlərdə çap olunmuşam. Türkiyə və Azərbaycanda sənin dəsdəyin ilə çap olunmuşam bu danılmazdır. Ədəbiyyat ilində Şimali Qafqaz Federal Dairəsində Ədəbiyyat ilinə yekun vurulmasına həsr olunmuş ədəbi müsabiqədə “Böyük poetik forma” nominasiyası üzrə Qran-prinin sahibi olmuşam. 2017-ci ildə Moskvada keçirilən Ümumrusiya Ədəbiyyat Festivalında gümüş medal qazanmışam.
      -Şeirlərin hansı dilə daha çox tərcümə olunub?
      -Mənim şeirlərim ən çox elə Azərbaycan dilinə tərcümə olunub. Təhmiraz İmamov, Fəxrətdin Oruc və sən, mənim bir çox şeirimi tərcümə etmisiz. Zeynəb əzizim, sən dostluq təməlini möhkəm qurdun. Mən sizləri Tabasaran dilinə, sizlər isə məni və digər yazarlarımızı an dilinizə tərcümə edib. Oxuculara bir-birimizi təqdim etdik. Bax əsil dostluq budur.
      -Doğrudur əzizim Elmira, bizlər bu dostluöu, doğmalığı birgə yaratdıq. Elmira, haraların üzvüsən? Bu oxucular üçün, çox maraqlı olar.
      -Mən Rusiya Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının və «Gülüstan» beynəlxalq ədəbiyyatçılar
      Birliyinin üzvüyəm. Xalqlar arasında dostluğun möhkəmləndirilməsində xidmətlərimə görə bir çox fəxri fərman və diplomlara layiq görülmüşəm və ədəbiyyatın inkişafı və populyarlaşması naminə çalışmışam. Mən respublikamızın çoxmillətli xalqı qarşısında xüsusi xidmətlərimə görə İctimai Birliklər İttifaqı tərəfindən Dağıstanın Şərəf və Qürur ordeni ilə təltif edilmişəm.
      -Elmira, o zamanlar qızların oxumağına bir təhər baxırdılar. Nəəcəb sizdə hamı oxuya bilib?
      -Zeynəb canım, mənim anam bizim hamımızın oxumağımızı istəyib. Gecə-gsndüz çalışıb ki, biz təhsil ala bilək.
      -Sənin «Dərbəndin naxışları» adlı kitabın çapdan çıxıb. Nəhayət az gözlədim, çox gözçədim o kitab mənə də gəlib çatdı.
      -Zeynəb, sən bilirsən ki, biz şairlər xüsusilə də Dərbənddə yaşayan şairlər Dərbəndi çox sevirik. Onun qədim tarixini, divarlarını, onlardan süzülən keçmişini. Mən də öz şəhərimizin naxışlarlnı, öz sözlərimlə ilmələdim.
      Kitabı varağladığca baxdım ki, sən də Dərbəndi kitab kimi varağlamaq istəmisən. Dərbənd doğrudanda oxunmamış və hələ açılmamış varağları olan bir kitabdır.
      -Bəli, elə ona görə də, adam ondan yazdığca yaznaq istəyir.
      -Elmira artıq nənəsən, özünü yaşlanmış kimi hiss edirsən mi?
      -Sən məni daha yaxşı tanıyırsan. Mənim iki oğlum, bir qızım var. Qızım və bir oğlum ailəlidir. Qızımın şip-şirin bir oğlu var. Nənə olmaq hisslərin ən gözəlidir bacım. Əksinə, mən özümü daha da cavan hiss edirəm o mənə hər dəfə nənə deyəndə.
      -Elmira, mınlə həmsöhbət olmağına görə, sənə təşəkkür edirəm. Səni bir az da yaxından tanıdım.
      -Zeynəb, əsil mən sənə təşəkkür edirəm. O gözəl vaxtını mənimlə müsahibəyə həsr etdiyinə görə. Sən çox gözəl insan və sədaqətli dostsan.
      -Bu müsahibə, bizim «Dərbənd» respublika qəzeti üçün hazırlandı. Sənə həm öz adımdan, həm də bütün redaksiya kollektivi adından uğurlar arzulayırıq.
      -Mən də öz növbəmdə, bütün «Dərbənd» respublika qəzetinin kollektivinə, xüsusilə də qəzetin baş redaktoru hörmətli Tərlan Qəhrəmanoviç Ələkpərova öz dərin minnətdarlığımı bildirirəm.
      Bu günki müsahibəm də, bax beləcə başa çatdı. Biz də Elmira Aşurbəyovaya daha böyük zirvələr arzulayırıq. Dərin hörmətlərimlə Z. Dərbəndli