Son zəng keçirildi


Hər ilin sentyabrın 1-də məktəblərdə ilk dərs zəngi çalındığı kimi, may ayının 25-də də son zəngi çalınır. Hər iki zəng gələcək nəslin yetişməsi üçün, əlamətdar bir gün kimi yadda qalır.
Bu il Dərbənd şəhərinin bütün təhsil ocağlarında təhsil ilinin son zəngi çalındı. Məktəbin son zəngi ən çox da, məktəbi tam olaraq bitirən 11-ci sinif şagirdləri üçün başqa bir aləm olur. Çünki bu gün onların gözü önündən, 11 il ərzində məktəb illərindən onlara qalan xatirələr bir kinolent olaraq canlanır. Bu son zəng onların uşağlığına son qoyaraq, gələcəyə böyük ümidlərlə irəliləmələrinin zəngi olur. Bu son zəng onları bir az da böyüdür, bir az da əsil həyat qapısına aparır. O qapı ki, onlar o qapıdan girdikləri zaman, onların şıltaq uşağlığından sadəcə xatirələr qalacaq.
Məktəbi bitirən hər bir yeniyetmənin ən böyük arzusu, özlərinin arzuladığı sahəyə yiyələnmək üçün ali məktəbə daxil olmaq arzusu olur. Bu gün ilk zəngdə, 1-ci sinifə qədəm qoyan uşaq, sabah son zəngdə məktəbi bitirən yeniyetmə olur. Bəzən də özlərinin təhsil aldığı məktəbə müəllim, və ya məktəb direktoru kimi də dönən şagirdlər olur.
Müəllimlik müqəddəs sənətdir, həm müqəddəs, həm də cavabdehlik tələb olunan sənət. Hər hansı bir müəllim, öz şagirdini gələcəkdə vətənə, torpağa layiq bir şəxsiyyət olaraq böyüməsini istər. Ona görə də, məktəb həyatı ailədən sonra, uşağın ikinci evidir. Bu gün son zəngi çalınan bütün məktəblərin 11-ci sinif şagirdlərinə, gələcəkdə seçdikləri peşələrində layiqli və öz işinə cavabdeh olmalarını arzu edirik. Bütü məktəblərin müəllim heyətlərinə isə, yenə də gələcək üçün dəyərli və layiqli nümayəndələri səbrlə yetişdirmələrini arzulayirıq.
M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *